Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


18.07.2025  11:23 

Sənədsiz evlərlə bağlı YENİ QƏRAR





A+  A-

Azərbaycanda sənədsiz ev probleminin həlli istiqamətində yeni addım atılıb.

Prezident İlham Əliyev bununla bağlı müvafiq fərmanlarda dəyişiklik edib. Sənədə əsasən, Azərbaycan Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə səlahiyyətli orqanların yaşayış və bağ evi tikintisi üçün ayırdığı torpaq sahələrinin qeydiyyatına dair tələblərdə dəyişikliklər aparılıb.

Yeni tələblərə əsasən, bu əmlakların sənədləşdirilməsi zamanı şəhər və rayon xalq deputatları sovetinin icraiyyə komitələrinin verdiyi torpaqdan istifadə hüququna dair dövlət aktı tələb edilməyəcək. Eyni zamanda, qeydiyyat zamanı sovxoz və ya dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin əmri, həyətyanı torpaq sahəsi ilə bağlı qaydanlanmış torpaq kitablarından çıxarışlar da nəzərə alınacaq.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, fərmanda edilən dəyişikliklər yaxın zamanda bu kateqoriyaya aid torpaq sahələrinin özəlləşdirilməsinə şərait yarada bilər:

"Bu, ölkədə sənədsiz fərdi yaşayış evləri və torpaq sahələrinin əhəmiyyətli hissəsini əhatə edir".

Qeyd edək ki, dəyişikliklərdən biri də mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş qərarların tələb olunmamasıdır.

Digər bir dəyişiklik isə torpaq sahəsinin ölçüsünün göstərildiyi halda, fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış layihəsidir. Layihə olmadığı və ya torpağın ölçüsünün göstərilmədiyi hallarda isə yaşayış evi və onun altındakı torpaq sahəsi əsas götürüləcək.

Ətraflı Baku TV-nin süjetində:



Xəbər 731 dəfə oxunub.




05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +