Bulvar İdarəsinin 3 milyona yaxın vergi borcu var
2030-cu ilə qədər 170 milyon yeni iş yeri yaradılacaq?
Sabah Bakıda yağış yağacaq
Şəmkirli iş adamı vəfat edib
Karenin işi məhkəməyə göndərildi
Bakıda 16 yaşlı qız təhsildən kənarda qalıb?
“Şamaxinka”da tıxac aradan qaldırılacaq?
Özünü güllələyən DSX əsgərinin komandiri azadlıqda
“AzNar“ zavodu müflis olmaq təhlükəsi ilə üz-üzədir
Kiberpolis əməliyyat keçirdi, saxlanılanlar var


29.12.2023  12:11 

TƏBİB media inhisarı yaradır, yoxsa məlum toyun qisasını alır?





A+  A-

TƏBİB əvvəllər media ilə sıx münasibətdə olsa da, son vaxtlar qurumun tədbir edərkən jurnalistlər və media qurumları arasında ayrı-seçkilik etdiklərinin şahidiyik.

Yaranmalarının 4 illiyinə xəbərlərini paylaşan, tam təmənnasız piarlarını aparan media nümayəndələrini dəvət etsələr də, 5 illiklərinə - yubiley yaşlarına öz arşınlarl ilə ölçüb-biçib say-seçmə jurnalist və Baş redaktorları dəvət etdilər. Sanki dövlət qurumunun yaranmasının tədbiri deyil, orda çalışanların hansınınsa əzizinin sünnət toyudur, öz yaxın adamlarını çağırıblar.

Sünnət toyu demişkən, Azadmedia.az-a etibarlı mənbələrdən daxil olan məlumata görə, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun övladının mediada yayımlanan dəbdəbəli toyundan sonra belə vəziyyət yaranıb. Ona bildiriblər ki, dövlətdən maliyyələşən qurumlara yazı sildirmək daha asandır, nəinki öz gücünə ayaqda dayananlara. Şəxsən öz adıma deyirəm ki, rəhbərlik etdiyim media qurumu toydan özünə ip tutacaq səviyyəsinə endirməyib özünü. TƏBİB yaranandan da pandemiyanın od-alovlu günlərində həmişə informasiya dəstəyimlə qurumun yanındayam. Çatışmazlığı qərəzlə yox, tənqidi faktla etmişəm ki, nöqsan aradan qalxsın, xidmət daha da yaxşılaşsın.

Çünki TƏBİB-i eyib göstərən güzgüləri sındıran qurum kimi yox, demokratik ruhlu qurum kimi tanıtmışdı bizə sələfləri. O ki qaldı dəbdəbəli toya, pulu var edib, mənim olsa, mən də övladım üçün hər şeyin yaxşısını edərəm. Yayılmasına gəlincə, sağ əlinin vatsap statusunda o toyu ilk görənlərdənəm, toydan xəbər düzəltmək ağlımın ucundan da keçməyib.

Bu gün yenə brifinqləri var, yenə sünnət toyu sandıqları tədbirlərinə dəvət etdikləridir.

Tanıyanlar bilir, heç vaxt şəxsi mənafe üçün yazmıram. Etirazım ümumi mənzərəyədir. Nə üçün Medianın İnkişafı Agentliyi hətta region mediasını proseslərə cəlb etdiyi halda,

TƏBİB media inhisarı yaradır?

Yaqin bu dəfə əməkdaşları məni yazı sildirməyə yox, məsələyə aydınlıq gətirməyə axtaracaq.

Elnurə Abuşova

Xəbər 6403 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.11.2025  15:14 

Sabah Bakıda yağış yağacaq

28.11.2025  14:58 

Şəmkirli iş adamı vəfat edib

28.11.2025  09:32 

Tələbə xərçəngdən vəfat edib

27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir


BÜTÜN XƏBƏRLƏR +