ADDA və GIZ EasTnT arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Onlayn qumar əməliyyatı... – 7 nəfər həbs olundu
İcradan heç kim əraziyə gəlməyib - Jurnalist
Quduzluğa yoluxan suriyalı gənc öldü
Mardində bir ailənin 3 üzvü güllələndi
İranlı deputatların ayaqları göydə -İlginc fotolar
Akif Nağı onu məhkəmə ilə hədələyən müğənniyə cavab verdi
Prezident 2 fərman imzaladı
Jurnalistin intihar anonsu...-Borcum var
Zelenski ABŞ-a səfər edə bilər


28.12.2023  12:38 

Nəşə çəkənə söz deyə bilmir, namaz qılana gözünü ağardır...





A+  A-

Bakıda maraqlı hadisə baş verib. Onu “maraqlı” edən, müzakirə mövzusuna çevirən bizik. Axı bizlər qarışqadan fil düzəltməyi sevirik…

Nə baş verib?

Sosial şəbəkə iştirakçılarının dediyinə və yazdığına görə, “Baku Bus”a aid 175 saylı marşurutun sürücüsü idarə etdiyi nəqliyyat vasitəsini yolun kənarına çəkərək, namaz qılıb. Bizim “haqq-ədalət carçısı” olan bəzi vətəndaşlarımız dərhal haray-həşir salıblar. Ki, bəs, iş intizamı pozuldu, sərnişinlər mənzil başına gec çatdı…Nə bilim, daha nələr, nələr...

Mən işə məsuliyyətlə yanaşmağın tərəfdarıyam. Üstəlik, həmin şəxs sürücüdür və onlarla sərnişinin taleyinə görə məsuliyyət daşıyırsa, ikiqat diqqətli olmalıdır. Bəlkə, birinin xəstəsi var, bəlkə biri işə gecikir…

Əslində, nə baş verib?

“Baku Bus” MMC vətəndaşları çox intizarda qoymayıb, yayılan görüntülərlə bağlı açıqlama verib. Qurumdan bildiriblər ki, məlum videogörüntü araşdırılıb. Avtobusun yanında namaz qılan şəxsin 175 saylı nəqliyyat vasitəsinin sürücüsü olduğu təsdiqlənib. Amma bəzi ağzıgöyçəklərin iddia etdiyi kimi sürücü avtobusu saxlayaraq ibadət etməyib.

“Son dayanacaqda avtobusun durma müddəti 9 dəqiqə təşkil edir. Sürücü həmin müddət ərzində (təqribən 3 dəqiqə) dini ibadətini yerinə yetirib. Bu, avtobusun hərəkət qrafikində heç bir gecikməyə səbəb olmayıb”,- deyə qurumdan verilən açıqlamada bildirilib.

Mən ölkədə ictimai nəzarət mexanizminin yaradılmasının tərəfdarıyam. Biz ancaq bu yolla açıq, şəffaf cəmiyyət qura bilərik. Bu isə, vətəndaşların üzləşdikləri neqativ hallara qarşı adekvat reaksiyasından asılıdır. Amma gərək ədalətli olaq. Məsələnin mahiyyətini öyrənmədən insanları qaralamayaq. Biz hüquqi dövlətdə yaşayırıq. Hər kəs öz inancında sərbəstdir. Araq içən adama irad tutmadığımız kimi, namaz qılan adama da dil uzatmamalıyıq…

Məni narahat edən, hətta dərindən düşündürən məsələnin başqa tərəfidir. Heç kimə sirr deyil ki, ölkədə yüzlərlə məsuliyyətsiz avtobus, taksi sürücüsü var. Polisin keçirdiyi reydlər zamanı dəfələrlə hansısa sürücünün narkotik vasitə qəbul edərək, sükan arxasına keçdiyi təsdiqlənib. Hətta reyd aparılmayanda da biz bunun şahidi olmuşuq. Bu günün özündə də araq içib, nəşə çəkib sükan arxasında oturan çoxlu sayda sürücü var. Görəsən, ibadət edən sürücünün şəklini çəkənlər niyə bir dəfə də həmin adamların əməllərini ictimailəşdirmirlər? Biz sərnişinlərin həyatı üçün bu əməllərin hansı daha təhlükəlidir?

Məncə, ibadət edən sakit, infallı adama gözünü ağardıb, gözü-başı qaynayan hansısa avaranın qabağında “lal” olmaq ən təhlükəlisidir...

Seymur VERDİZADƏ

Xəbər 2628 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2025  16:43 

Prezident 2 fərman imzaladı

25.11.2025  15:41 

Zelenski ABŞ-a səfər edə bilər

25.11.2025  14:02 

Xırdalanda yaşayış evi yanır

25.11.2025  13:27 

Qurbanov bənzərsiz bir fenomendir

25.11.2025  13:25 

Sabah bu ərazidə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +