Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


28.07.2018  11:06 

Yay başlayandan 54 nəfəri ilan sancıb





A+  A-

“Son bir həftədə 4 nəfər ilan sancma ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib. Bu yöndə müraciətlər əsasən bölgələrdən daxil olub. Onlardan 3-ü qadın, 1-i kişidir. Vəziyyətləri kafidir”.
XəzərNews.az xəbər verir ki, bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzi Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. Onun sözlərinə görə, mövsüm başlayandan ümumilikdə 54 nəfər ilan sancma ilə bağlı müraciət edib: “Ölüm faktı qeydə alınmayıb. Əsas müraciətlər isə bölgələrdəndir”.

Bundan başqa bir xəstə əqrəb sancması ilə bağlı Toksikologiya şöbəsinə qəbul olunub. İndi vəziyyəti kafidir. Həftə ərzində bir xəstə sirkə turşusundan zəhərlənmə ilə şöbəyə gətirilib. O da qadındır. 4 xəstədə isə dərman qəbulundan sonra allergiya yaranıb.

Şöbə müdiri onu da qeyd edib ki, həftə ərzində 7 nəfər spirtli içkilərdən zəhərlənib: “Onlar şöbəyə sərxoş vəziyyətdə gətirilib. Müayinədən keçdikdən sonra həkim məsləhəti ilə evə buraxılıblar. Həftə ərzində ölüm faktı qeydə alınmayıb”.

Xəbər 3248 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +