ADDA və GIZ EasTnT arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Onlayn qumar əməliyyatı... – 7 nəfər həbs olundu
İcradan heç kim əraziyə gəlməyib - Jurnalist
Quduzluğa yoluxan suriyalı gənc öldü
Mardində bir ailənin 3 üzvü güllələndi
İranlı deputatların ayaqları göydə -İlginc fotolar
Akif Nağı onu məhkəmə ilə hədələyən müğənniyə cavab verdi
Prezident 2 fərman imzaladı
Jurnalistin intihar anonsu...-Borcum var
Zelenski ABŞ-a səfər edə bilər


03.05.2017  13:14 

40 milyard dollarlıq layihəyə qarşı təxribat - İşçilər daşa basılıb, söyülüb...





A+  A-

İtaliyanın cənubundakı Salento bölgəsində Transadriatik Qaz Kəmərinin tikintisini əngəlləmək üçün təxribatlar davam edir
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, TAP şirkəti bir gün əvvəl gecə saatlarında kəmərin tikintisinin aparıldığı və mühafizə olunan əraziyə “No TAP” komitəsinin yüzlərlə aqressiv üzvünün hücum etdiyini bildirib.

Şirkətin bildirdiyinə görə, aqressiv etirazçılar tikinti ərazisini mühafizə edən mühafizəçiləri söyüb, dəmir hasarın arxasından təhdid edib və daşa basıb. Atılan daşlar insanlara dəyməsə də avtomobillərə zərər yetirib.

Habelə etirazçılar özləri ilə gətirdikləri iş alətləri ilə ərazini mühafizə etmək üçün çəkilmiş dəmir barmaqlıqlardan 35-ni kəsib, onlardan 5-ni özləri ilə aparıb. Mühafizəçilərdən biri baş verənləri smartfona çəkib və TAP şirkəti həmin kadrları aqressiv qrupun əməllərinin sübutu kimi yayıb. Şirkət “No TAP” komitəsini İtaliya dövlətinin qanunlarına qarşı cəngəllik qanunları tətbiq etməkdə, aqressiya və zorakılığa əl atmaqda ittiham edib.



Xatırladaq ki, “No TAP” komitəsi İtaliya parlamentində yerlərin 22 faizinə nəzarət edən, şoumen Beppe Grillonun başçılıq etdiyi “5 Star” hərəkatı tərəfindən yaradılıb. Komitə kəmərin ətraf mühitə və Melandunyonun çoxillik zeytun bağlarına ziyan vuracağını iddia edərək neçə vaxtdır TAP-a qarşı aksiyalar keçirir, müxtəlif təxribatlara əl atır. Bu hərəkatın Rusiya ilə bağlılığı çoxdan məlumdur.

“No TAP” komitəsi və yerli bələdiyyə kəmərin keçdiyi ərazidə 200-dən çox çoxillik zeytun ağacının köçürülməsini əngəlləyə bilmişdi. Lakin bu günlərdə işlər yenidən başlayıb, çünki məhkəmə şirkətin ağacların köçürməsinin qanuni olduğu haqda qərar çıxarıb.

https://www.facebook.com/TAPItalia/videos/1259502777502775/

TAP kəməri Azərbaycan qazının Avropa bazarlarına çıxarılması üçün həyata keçirlməkdə olan Cənub Qaz Dəhlizinin bir hissəsidir. Bu, Avropanın energetika təhlükəsizliyinə və qaz təchizatı mənbələrinin şaxələndirilməsinə yönəlmiş strateji əhəmiyyətli layihədir. Dəhlizlə ildə 10 milyard kubmetr “Şahdəniz” qazının Avropaya nəqli nəzərdə tutulur. Dəhlizin yaradılması və “Şahdəniz” yatağının ikinci fazasının açılması layihəsinin ümumi dəyəri 40 milyard dollar dəyərləndirilir.

Xəbər 3095 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2025  16:43 

Prezident 2 fərman imzaladı

25.11.2025  15:41 

Zelenski ABŞ-a səfər edə bilər

25.11.2025  14:02 

Xırdalanda yaşayış evi yanır

25.11.2025  13:27 

Qurbanov bənzərsiz bir fenomendir

25.11.2025  13:25 

Sabah bu ərazidə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +