“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


21.11.2025  13:31 

Nazir islahat təklifləri ilə bağlı açıqlama verib





A+  A-

Elm və təhsil naziri Emin Amrullayev son günlər təhsil sektorunda geniş müzakirələrə səbəb olan islahat təklifləri ilə bağlı açıqlama verib.

XəzərNews.az xəbər verir ki, nazir sosial şəbəkə hesabında bildirib ki, müzakirə mədəniyyəti istənilən sahədə inkişafın vacib şərtidir və ictimai əhəmiyyət kəsb edən məsələlərin açıq şəkildə müzakirəsi Nazirliyin daim dəstəklədiyi prinsipdir: “Bununla belə, bəzi hallarda təqdim olunan təkliflərin təhrif olunması və mövzu ilə əlaqəsi olmayan fikirlərin gündəmə gətirilməsi prosesin sağlam gedişinə mane olur”.

Nazirin sözlərinə görə, təklif edilən islahatın mahiyyəti 2027–2030-cu illər arasında mərhələli şəkildə müəllim əməyinin həm saathesabı, həm də tam ştat əsaslı modellə qiymətləndirilməsindən ibarətdir: “Yeni sistem yüksək nəticə göstərən müəllimlərə həftədə 30–36 saatlıq tam ştatla işləmək və ölkə üzrə orta əməkhaqqından iki dəfə çox əməkhaqqı almaq imkanı yaradacaq. Bu mexanizmin könüllü əsaslarla tətbiq ediləcəyi də vurğulanıb”.

Emin Amrullayev müzakirələrdə yanlış istiqamətlərin ortaya çıxmasını əsas problem kimi qeyd edib. Onun sözlərinə görə, “tam ştat” anlayışı bəzi şəxslər tərəfindən “müəllimlərin axşam 6-ya qədər məktəbdə saxlanılması” kimi təhrif edilərək müzakirələr bu yanlışlıq üzərindən aparılır. Nazir çağırış edib ki, müzakirələr yalnız təqdim olunan real təklif əsasında aparılsın, təhrif edilmiş fikirlərə əsaslanmasın.

Nazir əlavə edib ki, əsas ideyanı texniki detallardan ayırmaq vacibdir. İnfrastruktur məsələləri və ya uzaq məsafədən müəllimlərin gediş-gəlişi kimi mövzular əsas təklif qəbul edildikdən sonra müzakirə oluna biləcək detallar hesab olunur.

Emin Amrullayev medianın yanaşmasına da münasibət bildirib. Onun sözlərinə görə, İctimai Televiziyada islahatla bağlı 1 saatlıq təqdimatın ardından bəzi media qurumları məlumatı yalnız neqativ detal – “210 manat maaş alan müəllimlərin sayı” – üzərindən işıqlandırıb, halbuki proqramda 1589 manat maaş alan müəllimlərin də sayı açıqlanmışdı və bu rəqəm xeyli daha böyükdür. Nazir bu cür yanaşmanın səbəblərinin mütəxəssislər tərəfindən araşdırılmasının zəruri olduğunu qeyd edib.

Sonda elm və təhsil naziri ictimai müzakirələrin dəqiq və sağlam aparılmasının vacibliyini vurğulayıb, təhsil sistemində müsbət dinamikanın artdığını və bu istiqamətdə nikbin olmağa əsas verdiyini bildirib.

Xəbər 1840 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +