Meyitdən ürək köçürülən gənc evə buraxıldı
Həbs edilən icra başçısı apellyasiya şikayəti verməkdən imtina edib
İstənilən anda yıxıla bilərik...-Sebastyan
Bu şəhərdə qan su yerinə axır
“Suverenlik Yolunda Təhsil Missiyası” bu dəfə Tərtərdə
Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi


31.08.2018  10:54 

Koçaryan siyasətə qayıtdır - “Seçkilərdə iştirak edəcəm”





A+  A-

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan növbədənkənar parlament seçkilərində iştirak etmək niyyətindədir.
XəzərNews.az xəbər verir ki, o, bu barədə Ermənistanda “Sputnik”ə müsahibəsində deyib.

"Və əgər mən siyasətə qayıtdığımı elan edirəmsə, onda müvafiq olaraq, bu seçkilərdə iştirak edəcəyəm", - deyə Koçaryan bildirib.

Seçkilərdə iştirakın formatına gəlincə, Robert Köçəryan müzakirə üçün hələ kifayət qədər vaxtın olduğunu vurğulayıb. "Vəziyyət çox sürətlə inkişaf edir. Və düşünürəm ki, formatla bağlı sualı açıq saxlamaq lazımdır", - o əlavə edib.

O əmindir ki, Ermənistan vətəndaşlarına populist şüarlar və adamlar lazım deyil. Eks-prezident hesab edir ki, indiki şəraitdə müxalifət mərkəzlərindən və ya qütblərindən biri ola bilər. Koçaryan hələ bilmir ki, hansı siyasi partiyaları “siyasi döyüşlərdə” onu dəstəkləyəcək. Bu zaman eks-prezident Respublika partiyası və "Çiçəklənən Ermənistan" partiyasına ümid bəsləyir.

"Amma mən ilk növbədə öz gücümə, eləcə də vətəndaşların mənim ətrafımda birləşəcəyinə inanıram", - o əlavə edib.

Xəbər 3020 dəfə oxunub.




03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”


BÜTÜN XƏBƏRLƏR +