Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


15.01.2024  19:06 

“44 günlük müharibədən sonra 17 minə yaxın pulemyot yoxa çıxıb”





A+  A-

Ermənistan Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Kazaryan 44 günlük müharibədən sonra itən pulemyotlarla bağlı anlaşılmaz rəqəmlər açıqlayıb.

Xəzərnews.az erməni mediasına istinadən xəbər verir ki, yanvarın 15-də keçirdiyi mətbuat konfransında İctimai Televiziyanın müxbiri nazirə Dağlıq Qarabağdan gətirildiyi iddia edilən silah-sursat, onların neçəsinin hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil verilməsi ilə bağlı sual verib.

Nazir cavab olaraq silahların könüllü təhvil verilməsi ilə bağlı işlərin aparılmasının zəruriliyini bildirib. Sonra o, bəzi əməliyyat məlumatlarının, xüsusən də Dağlıq Qarabağdan gətirilən silahlarla bağlı məlumatların olduğunu bildirib.

“Demək istəyirəm ki, 2020-ci ildə 44 günlük müharibədən sonra 17 minə yaxın pulemyot yoxa çıxıb”, - nazir bildirib.

Nazir pulemyotların nə vaxt və harada yoxa çıxdığını, hansı şəraitdə, Dağlıq Qarabağ və ya Ermənistan ərazisində yoxa çıxdığını, itkin silahların kimin balansında olduğunu açıqlamayıb.

Xəbər 2542 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +