“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


01.11.2022  17:08 

Azərbaycan iqtisadiyyatı niyə kiçilir? - Proqnoz





A+  A-

Qafqaz ölkələri arasında iqtisadi artım tempinə görə Azərbaycan autsayderdir. Ermənistan iqtisadi artım tempinə görə Avropada birinci, Gürcüstan isə ikinci yerdədir. Pornozlara görə, getdikcə qonşu ölkələrin iqtisadiyyatı böyüyəyəcək, Azərbaycan iqtisadiyyatı isə kiçiləcək.

Baxmayaraq ki, Azərbaycan dünya enerji bazarında əlverişli enerji qiymətlərindən faydalanır, lakin 2022-ci ilin yanvar-sentyabr ayları 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən Azərbaycanda ÜDM 5,6 faiz, bu dövrdə Gürcüstanda ÜDM 10,2 faiz, Ermənistanda ÜDM 11,4 faiz artıb.

Təəssüflə onu da qeyd etməliyəm ki, qonşu ölkələrdə bu ilin sonuna və sonrakı illərdə iqtisadi artım sürətlənəcəyi halda Azərbaycanda yavaşıyacaq. Belə ki, BVF 2022-ci ildə Azərbaycanın real ÜDM-in 3,7 faiz artacağını proqnozlaşdırıb. Fondun proqnozuna görə, 2023-2027-ci illərdə Azərbaycanda real ÜDM-in artımı 2,5 faiz təşkil edəcək. Ermənistanda isə bu ilin sonuna 12,9 faiz artım, gələn il üçün 7 faiz gözlənilir, yaxın bir neçə ildə 7-9 faiz artım gözlənilir. Gürcüstanda isə 2025-2027-ci illərdə iqtisadi artım 5,2 faiz olacaq.

Ermənistanda və Gürcüstanda artımın başlıca hərəkətverici qüvvəsi gənc və ixtisaslı rusların hər iki ölkəyə kütləvi axını ilə bağlıdır. Belə ki, bu il onların hesabına Ermənistanın İT sektorunda insan kapitalında 25 faiz artım gözlənilir. Bir sözlə, istedadlı, savadlı insanlar Ermənistana və Gürcüstana köçür ki, bu da inkişafda davamlı effekt verir.

Azərbaycandan isə əksinə beyin axını davam edir, ixtisaslı kadrlar ölkəni tərk edirlər. Bir sözlə, Azərbaycan iqtisadiyyatında Dünya Bankının təbirincə desək iddialı islahatlar, BVF-nin dili ilə desək ciddi dəyişikliklər aparılmazsa, ölkəninin perspektivləri tutqun görsənir.

Qubad İbadoğlu

Xəbər 2761 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq


BÜTÜN XƏBƏRLƏR +