Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var


05.09.2022  18:57 

Vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək





A+  A-

01 Sentyabr 2022 il tarixindən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaşların pozulmuş hüquqlarının bərpası üçün hüquqi yardımların təşkili vasitəsi ilə hüquq sistemi və qanunun aliliyi prinsipinin bərqərar olmasına dəstək verilməsi” layihəsinin icrasına start verilib.

Layihənin məqsəd və vəzifələri əsasən aşağıdakılardır:

• Keyfiyyətli hüquqi yardıma əlçatanlığın təmin edilməsi və sosial cəhətdən zəif müdafiə olunmuş digər insanların qanuni hüquq və maraqlarının daha səmərəli müdafiəsini təşkil edilməsi

• Vətəndaşların pozulmuş hüquqlarının bərpası üçün müraciətlərin artması ilə hüquq sistemi və qanunun aliliyi prinsipinin bərqərar olmasına dəstək verilməsi

• Pozulmuş hüquqların bərpa edilməsi üçün vətəndaşların hərəkətinin təşviq edilməsi

Layihə çərçivəsində hüquqi yardıma ehtiyacı olan vətəndaşlara məsləhətlər veriləcək. Onlar üçün müvafiq qurumlara müraciətlər, ərizə və şikayətlər tərtib ediləcək. Məhkəmə orqanlarına müraciətin zəruri olduğu hallarda iddia ərizələri tərtib ediləcəkdir. Qəbul günlərindən başqa günlərdə də ehtiyacı olan vətəndaşlara hüquqi yardım göstəriləcəkdir.

Yazılı, şifahi müraciətlər, telefon, veb-sayt, sosial şəbəkələr vasitəsi ilə cavablandırılacaq.

Layihənin icrası çərçivəsində “UNİON” vəkil bürosu və ekspert-hüquqşünas ilə bağlanmış müqavilə əsasında üç ay müddətində (01.09.2022 01.12.2022 il) Bakı, Şirvan, Masallı, Mingəçevir şəhərlərində vətəndaşların qəbul günləri və hüquqi yardım aksiyaları təşkil ediləcək.

Xəbər 3069 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +