Moskva üzərində 6 PUA məhv edilib
İranda güclü zəlzələ
Bərdə terrorundan 5 il ötür
Ukrayna bu ölkədən qırıcılar alacaq -Zelenski
Həyəcan təbili: quş qripi sürətlə yayılır
Kənan Heybətov dünya çempionu oldu
Ayfon işlədənlərin WhatsApp-ında problem: Statuslarda səs çıxmır
“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib


12.07.2022  10:25 

“Söyüldükcə baxılırıq!“ - ATV rəhbəri





A+  A-

ATV kanalının baş direktoru Azər Xəlilov REAL TV-nin rəhbəri Mir Şahin Ağayevin Azərbaycandakı bəzi telekanalları tənqid etməsindən sonra feysbuk səhifəsində ona cavab verib.

O, rəhbəri olduğu televiziyanı Azərbaycanda ən böyük izləyici auditoriyası olan media resursu kimi təqdim edib:

“Ölkədə ən böyük izləyici auditoriyası olan media resursu. Qarabağın tarixi və Qarabağ həqiqətlərini Azərbaycan və dünya auditoriyasına elmi-kütləvi proqramlar silsiləsi vasitəsilə çatdıran fərqli özəl telekanal. Erməni işğalından azad edilmiş torpaqlarımızdan sistemli və davamlı verilişlərin özəyi olan ATV telekanalı. Baxıldıqca sevilir, sevildikcə söyülür, söyüldükcə baxılır! ATV nə yerdə qalıb, nə də yerində qalıb. ATV öz yerini bilir, yolunu gedir, irəliləyir. Dostlarını sevindirir! Az bilmir, çox danışmır, baxılanı göstərir".

Qeyd edək ki, Mir Şahin Ağayev dünən efirdə bir sıra telekanalların ictimai zövqü korladığını, bəzi verilişlərin oyunbazlıq məkanına, pul yığımı məntəqəsinə çevrildiyini bildirmişdi. O, ad çəkərək bəzi telekanallarda müsbət dəyişikliklərin olduğunu, ATV, ARB və SPACE-in isə adını çəkməyərək "İctimai fikrə, ictimai zövqə, Azərbaycanın mədəni, etik davranış sisteminə, mənəvi dəyərlərimizə zərbə vurduğunuzun fərqində olun” fikrini səsləndirmişdi.

Mir Şahin həmçinin əlavə edib ki, həmin kanalların rəhbərləri Prezident Administrasiyasına çağırılıb, onlara kəskin şəkildə iradlar bildirilib./Qafqazinfo

Xəbər 3276 dəfə oxunub.



27.10.2025  00:41 

İranda güclü zəlzələ

27.10.2025  00:30 

Bərdə terrorundan 5 il ötür

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq


BÜTÜN XƏBƏRLƏR +