“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


04.01.2022  11:53 

“Oxford“ məzunu: “Dolana bilmirəm, taksi sürəcəm...“





A+  A-

İngiltərənin Kent Universitetinin maliyyə-iqtisad fakültəsinin məzunu Əli Bayramov işsizlikdən şikayətlənib və belə davam edərsə taksi fəaliyyəti ilə məşğul olacağını bildirib.

XəzərNews.az Ə.Bayramovun açıqlamasını olduğu kimi təqdim edir:

"Hörmətli vətəndaşlar, mən, Əli Bayramov 1982-ci ildə Göyçay şəhərində anadan olmuşam. Həmin şəhərin 6 saylı orta məktəbində təhsil almışam. O zaman əla qiymətlər alan şagird olduğum üçün dövlətdən bonus alan iki nəfərdən biri olmuşam. Orta təhsil aldığım müddətdə sinif numayəndəsi kimi fərqlənmişəm və müxtəlif fənlər üzrə olimpiada çempionu olmuşam.

1998-ci ildə Oxford-a yola salınmışam və ciddi nəticələr əldə etmişəm. İngiltərənin Kent Universitetinin maliyyə-iqtisad fakültəsini bitirmişəm.

Ölkə sığorta bazarında böyük təcrübəm var. Bir neçə böyük şirkətin rəhbər vəzifələrində təmsil olunmuşam.

Sonuncu vəzifəm “Paşa Sığorta” ACS-nin İdarə Heyəti sədrinin 1-ci müavini olmuşdur. 2017-ci ilin iyul ayından etibarən işsizəm.

Artiq 5-ci il tamam olmaqdadir. Avropada təhsil alıb, qayıdan zaman mənə dedilər ki, “ay Əli, qayıtma geri.” Mən isə “ bəs mən qayıtmasam, o biri qayıtmasa, onda vətən nə olacaq? Vətənə bilik və mütəxəssis gərəkdir.” Qayıtdım. Şərəfli və uğurlu illər, iş fəaliyyəti həyata keçirdim.

17 illik fəaliyyətimin nəticəsində sosial sığorta büdcəm 282.000 manat olub. Zamanla haqqım, hüququm tapdanıldı ki, bu barədə də düşünürəm, geniş açıqlamalarım olacaqdır.

Dolana bilmirəm.

Çıxış yolu kimi sabahdan taksi fəaliyyətinə başlayıram.

Əgər taxsi lazım olsa, mənə müraciət edin-077-707-77-70 (xarici müştərilər, ingilis və rus dillərində sərbəst danışıram.)

Eşq olsun sənə, ay Azərbaycan hökuməti!

Eşq olsun sənə, ay Azərbaycan cəmiyyəti!"



Xəbər 3531 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +