Pensiya kapitalı 2026-cı ildə 6 faiz artırılacaq
Ukraynanın 193 PUA-sı vurulub -Rusiya MN
Professor Ruxsara Əliyeva vəfat edib -FOTO
Bakıda restoranda yanğın başlayıb
Hazırda ulduz Roza Zərgərlidir... - Ülvi Qılınc
Moskva üzərində 6 PUA məhv edilib
İranda güclü zəlzələ
Bərdə terrorundan 5 il ötür
Ukrayna bu ölkədən qırıcılar alacaq -Zelenski
Həyəcan təbili: quş qripi sürətlə yayılır


07.07.2021  19:16 

Elektron arayışlar xidməti istifadəyə verildi





A+  A-

İyulun 7-də https://portal.edu.az/ platformasında elektron arayışlar xidməti istifadəyə verilib.
Təhsil Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, bu xidmət vasitəsi ilə arayışları almaq artıq daha asan, sürətli və rahat olacaq. İstifadəçilər aşağıdakı arayış növlərini elektron formada əldə edə biləcəklər:

Ali təhsil pilləsində təhsil almaq barədə arayış;

Orta ixtisas təhsili pilləsində təhsil almaq barədə arayış;

Peşə təhsili pilləsində təhsil almaq barədə arayış;

Dövlət proqramı əsasında xaricdə təhsil almaq barədə arayış;

Dövlət proqramı əsasında xaricdə təhsil müəssisəsindən məzun olmaq barədə arayış;

Müəllimlərin işə qəbulu və diaqnostik qiymətləndirilməsi üzrə imtahan nəticələrinə dair arayış.

Sözügedən elektron arayışların alınması proseduru çox sadədir. İlk növbədə https://portal.edu.az/ platformasına daxil olub qeydiyyatdan keçmək lazımdır. Daha sonra “Şəxsi kabinet”də elektron xidmətlər pəncərəsindən “Arayış əldə etmək üçün müraciət” bölməsi seçilir və müvafiq arayış növü üzrə müraciət göndərilir. Elektron arayışlar portalda avtomatik formalaşdırılır. Vətəndaşlar əldə edilən arayışı elektron formada və ya çap edərək aidiyyəti qurumlara təqdim edə bilirlər.

Qeyd edək ki, elektron arayışların həqiqiliyi QR-kod ilə təsdiq edilir, eyni zamanda, Təhsil Nazirliyinin saytında (https://edu.gov.az/az/yoxla) İD nömrə və müraciətçinin doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq, yükləmək və çap etmək mümkündür.

Xəbər 3477 dəfə oxunub.



27.10.2025  10:15 

“Report“ 11 yaşında

27.10.2025  00:41 

İranda güclü zəlzələ

27.10.2025  00:30 

Bərdə terrorundan 5 il ötür

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq


BÜTÜN XƏBƏRLƏR +