Məşhur dirijor xəstəxanaya yerləşdirilib -FOTO
Putindən əmr: Əməliyyatlar...
Cəlaloğlu bacısı oğlunun saxlanılmasından danışdı
Azyaşlıya zorakılıq edən dayə işdən çıxarıldı - RƏSMİ/YENİLƏNİB
Adnanın yaxtası Barselona sahillərində oyun çıxarır - FOTO
Baş nazir qərar imzaladı
Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır
Slavyansk atəş altında: Üç ölü var
Eldar Əzizovdan Fəqan Məlikova xəbərdarlıq
Müharibədə daha bir azərbaycanlı həlak oldu


26.05.2021  09:37 

“İslamofobiya xərçəng şişi kimi dünyada yayılır” - Ərdoğan





A+  A-

“İslamofobiya xərçəng şişi kimi bütün dünyada, xüsusilə də Qərbdə yayılır”.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada KİV və islamofobiya təzahürləri mövzusunda keçirilən I Beynəlxalq Simpozium iştirakçılarına müraciətində deyib.

Onun sözlərinə görə, İslama qarşı düşmənçilik Bosniya və Herseqovinadan Myanmaya qədər müxtəlif ölkələrdə baş vermiş bir çox faciəvi hadisələrin nümunəsində özünü göstərib.

“Sentyabrın 11-də baş vermiş terror aktlarından sonra ABŞ hökuməti “müsəlmanların demonizasiyası” strategiyasını həyata keçirməyə başlayıb, bu da bir çox cəmiyyətlərdə anti-islam əhval-ruhiyyəsinin yayılması üçün başlanğıc nöqtəsi olub, harada ki, İslama qarşı nifrət virusu onsuz da mədəni səviyyədə var idi”, - Ərdoğan vurğulayıb.

Türkiyəli lider vurğulayıb ki, əhalinin təhlükəsizliyinin təmin olunmasına görə məsuliyyət daşıyan Qərb dövlət strukturları bu gün İslama qarşı düşmənçilik təzahürləri ilə yarışır.

Türkiyə Prezidenti qeyd edib ki, hələ dünənə qədər marginal hesab olunan radikal cərəyanlar bu gün siyasi gündəliyi formalaşdırırlar və bu, bir daha onu göstərir ki, Qərb bataqlıqdadır.

Ərdoğan qeyd edib ki, Qərb islamofobiyanın miqyasına diqqəti cəlb etmək əvəzinə, asan yol seçir və radikal cərəyanların təsiri altına düşür.

Türkiyəli lider bildirib ki, dünyanın hər yerində vicdanlı siyasətçilər, ziyalılar, KİV nümayəndələri və din xadimləri “islamofobiya” adlı xəstəliyə qarşı mübarizədə vahid cəbhədə çıxış etməlidirlər.

Dövlət başçısı əmindir ki, İslam dünyasında birlik islamofobiya ilə mübarizənin uğurunu yaxınlaşdıracaq.

Prezident Ərdoğan qeyd edib ki, islamofobiya təhlükəsi olan bütün cəmiyyətlər və ölkələr beynəlxalq arenada birləşməli və sıx əməkdaşlıq etməlidirlər.



Xəbər 3350 dəfə oxunub.



30.10.2025  18:56 

Putindən əmr: Əməliyyatlar...

30.10.2025  17:49 

Baş nazir qərar imzaladı

30.10.2025  13:20 

“Saray Plaza”da ölüm

30.10.2025  11:05 

Baş həkim təyin edildi


BÜTÜN XƏBƏRLƏR +