Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


14.04.2021  13:39 

Paşinyan Lələtəpədəki uğursuzluğunu da generalların üstünə atdı





A+  A-

“Qarabağda 2016-cı ilin aprel müharibəsi zamanı itirilən Lələtəpə yüksəkliyinin geri qaytarılması əməliyyatı hərbçilər tərəfindən təşkil olunub, qərar da ordu tərəfindən verilib”.
XəzərNews.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdə çıxışı zamanı açıqlama verib.

O bildirib ki, dörd il əvvəl itirilən Lələtəpə yüksəkliyini nəyin bahasına olursa- olsun qaytarmağı əmr etdiyi barədə ittihamlar səslənir. Nəticədə, tələsik həyata keçirilən əməliyyat uğursuz nəticələnib və erməni tərəfi üçün böyük itkilərə səbəb olub.

“Lələtəpənin geri qaytarılması üçün əməliyyat təklifini verən, uğur ehtimalını qiymətləndirən, qərarı da verən general olub. Üstəlik, həmin anda bu qərarı həyata keçirmək imkanı olan generallardan danışırıq”,- deyə Paşinyan vurğulayıb.

N. Paşinyan qeyd edib ki, əməliyyat planı ilə bağlı müzakirələrin bir hissəsi onun iştirakı ilə baş tutsa da, o, heç bir fikir bildirməyib, yalnız ordunun rəyini soruşaraq prosesi idarə edib.

Baş nazir əlavə edib ki, əməliyyatla bağlı ən yüksək rütbəli zabitin rəyini soruşub, o isə bu fikrin yaxşı olduğunu bildirib. Yalnız bundan sonra vəziyyət hərtərəfli qiymətləndirilərək müvafiq qərar qəbul edilib.

Xəbər 3838 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +