“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


06.03.2021  18:45 

Azadlığa çıxan Mübariz Mənsimovdan açıqlama





A+  A-

“Azadam! Şərti olsa da, azadlıqdayam. İlk gündən deyirdim ki, günahsızam. Dayanmadan təkrarlayırdım ki, terrorçu deyiləm, olmamışam və heç vaxt olmayacam”.
XəzərNews.az xəbər verir ki, bunu sosial şəbəkə hesabında dünən beş il müddətinə şərti cəza alaraq, məhkəmə nəzarəti altında şərti azadlığa buraxılan azərbaycanlı iş adamı Mübariz Mənsimov yazıb.

O qeyd edib ki, hər zaman dövlətin yanında olub və bundan sonra da belə olacaq:

“Heç kim və heç nə məni bu yoldan döndərmək gücündə deyil. Bu günə qədər dəstək məktubları, zəngləri, mesajları, ən kiçik işi ilə belə yanımda olan hər kəsə təşəkkür etmək istəyirəm.

Analar, bacılar, qardaşlar, dostlarım! Hər birinizi bir daha tanıdım, hər birinizin sevgisini gördüm və hiss etdim. Əlbəttə, çox çətin və çox yorucu bir dövr yaşadıq. Gah sevindik, gah da kədərləndik. Gərgin anlarımız da oldu. Amma təki bütün çətinliklərin sonu gözəl olsun, İnşallah. Haqq qazansın, şər-böhtan deyil. Satqınları və xəyanətkarları isə Allaha tapşırıram. Dualarınız bizimlə olsun!

12 aylıq ayrılıqdan sonra ailəmin əhatəsindəyəm. Atam və anam üçün çox darıxmışdım. Ailəm, övladlarım üçün çox darıxmışdım. “Palmali” ailəsi üçün çox darıxmışdım.

Ayrıca 350 gün yanımdan bir gün də ayrılmayan mənə inananlara, xüsusilə haqqımı savunan vəkillərimə təşəkkürümü bildirirəm. Mənə inandınız, məni qorudunuz, 350 gün sirdaşım oldunuz.

Hər birinizə təşəkkür edirəm”.

Xəbər 4226 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +