Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


05.02.2020  11:43 

Bu məhsulları Çindən alırıq - SİYAHI





A+  A-

İqtisadçı ekspert Rövşən Ağayev hazırda Çində yayılan epidemiyaya görə ticarət əlaqələrimizin məhdudlaşmasının nələrə təsir edə biləcəyini araşdırıb.
XəzərNews.az xəbər verir ki, R. Ağayev qeyd edib ki, Çindən idxalımız Rusiya və Türkiyədən sonra 3-cü yerdədir: “Ümumi idxalın təxminən 10%-i Çindən daxil olur. Amma bazarın real tələbatını idxalın dəyəriylə ölçmək aldadıcı ola bilər. Çünki ucuz idxal natural ifadədə bazarda daha həlledici payla təmsil olunur.

Məsələn, ola bilər biz Türkiyə və Çindən eyni dəyərdə toxuculuq və geyim malları alaq. Amma eyni mallar Çindən 50% ucuz gəlirsə, bu halda onun bazarın tələbatının ödənməsində xüsusi çəkisi Türkiyədən 50% çox olacaq.

Dəyər ifadəsində Azərbaycanın Çindən idxalının mal qrupları üzrə bölgüsü belədir:

Ərzaq və tütün - 0.9%
Oduncaq və kağız-karton məmulatları - 1.8%
Mineral və kimyəvi məhlullar - 3.3%
Gips, keramika və daş məmulatları - 3%
Plastik kütlələr, kauçuk və rezin məmulatlar - 6.2%
Metal və metal məmulatlar - 11%
Toxuculuq və geyim əşyaları, dəri məmulatları - 15%
Maşın, mexanizm, elektrik avadanlıqları, nəqliyyat vasitələri - 50%.
Bir daha qeyd edirəm ki, xüsusi çəkilər dəyər göstəriciləri əsasında hesablanıb. Natural göstəricilər əsasında hesablama apararaq bazarlara mümkün təsirləri qiymətləndirmək daha doğru yanaşmadır”.

Xəbər 4868 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +