“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


13.01.2020  17:11 

İran səfiri İngiltərə XİN-ə çağırıldı





A+  A-

İranın Londondakı səfiri Həmid Baidinejad İngiltərə Xarici İşlər Nazirliyinə çağırılıb.
XəzərNews.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, səfir yanvarın 12-də İngiltərənin Tehrandakı səfiri Rob Makeranın saxlanılmasına etiraz məqsədilə quruma çağırılıb.

Baş Nazir Boris Consonun Mətbuat xidmətinin nümayəndəsi Makeranın saxlanılmasını “Vyana Konvensiyasının qəbuledilməz bir pozulması” kimi dəyərləndirərək buna dair istintaq tələb edib.

Qeyd edək ki, Rob Makera yanvarın 11-də Tehranda qanunsuz etiraz aksiyasında iştirak etmək şübhəsi ilə bir müddət saxlanılıb. İran Xarici İşlər Nazirliyi diplomatın şəxsiyyətini müəyyənləşdirərək 15 dəqiqədən sonra sərbəst buraxıldığını bildirib. Daha sonra Makera etirazlarda iştirak etmədiyini, lakin Tehranda Ukrayna təyyarəsi qəzasında həlak olanların xatirəsinə aid qanuni aksiyada iştirak edəcəyini söyləyib. Səfir aksiyada beş dəqiqədən çox olmayaraq iştirak etdiyini və ayrıldıqdan yarım saat sonra saxlanıldığını sözlərinə əlavə edib.

Xatırladaq ki, yanvarın 8-də Ukraynanın “Boeing 737” təyyarəsinin Tehranın hava limanının yaxınlığında qəzaya düşməsi nəticəsində 167 sərnişin, 9 ekipaj üzvü həlak olub. Onlardan 82-si İran, 63-ü Kanada, 11-i Ukrayna, digərləri isə İsveç, Əfqanıstan, Almaniya və İngiltərə vətəndaşları olub.

Ötən gündən etibarən İranda etiraz aksiyaları keçirilir.

Xəbər 3074 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +