Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


03.12.2018  08:43 

Xurmanın qiyməti iki dəfə ucuzlaşıb





A+  A-

Artıq xurma mövsümü sona çatır.
XəzərNews.az xəbər verir ki, “Azərbaycan” qəzeti bununla bağlı Ağdaş rayonunun daha çox xurma əkilən Ağcayazı kəndindən reportaj hazırlayıb. Kənd 380 təsərrüfatdan ibarətdir. Həmin təsərrüfatların təxminən 300-də xurma yetişdirilir. Onların arasında 0,20 hektarlığı da var, 10 hektarlığı da. Ümumilikdə isə xurma bağları 200 hektardan çoxdur.

Kənd sakini, fermer Şahmalı Kərimovun deyir ki, 10 hektar xurma bağı var. Onun 6 hektarı tam məhsuldar, 4 hektarı cavan bağlardır: "Məhsuldarlıq keçən il də yaxşı olub. Lakin builki məhsul əvvəlki ildə olduğundan orta hesabla iki dəfəyə yaxın çoxdur. Amma qiymət keçən ildəkindən ucuzdur. Ötən il 9-10 kiloqramlıq yeşikləri 8-9 manata satmışdıq. İndi isə qiymət orta hesabla 3 manatdır”.

Fermer deyir ki, qiymətin düşməsi mənfəətə təsir göstərir. Belə ki, xurma bağları davamlı qulluq tələb etdiyindən xərci də çoxdur: "Məhsul yığılıb təhvil verildikdən sonra növbəti yığım dövrünədək hər gün burada çalışanlara 30 manat ödəniş edilir. Budama, suvarma, gübrə verilməsi də pul tələb edən işlərdir. İşin həcmi artdıqda mütləq əlavə işçi qüvvəsi tələb edilir. Daha çox işçi isə yığım mövsümündə olur. Sentyabrın 15-dən başlayaraq yığım qurtaranadək gündəlik işçi sayı orta hesabla 15 nəfərə çatır”.

Anar Abbasov alıcı və istehsalçı arasında vasitəçilik edir. Dediyinə görə, bu il qiymətin aşağı düşməsinə təsir edən bir neçə amil var: "Əgər onlardan biri bu il keçən illə müqayisədə bağların daha çox məhsul verməsidirsə, digər amil məhsulun başlıca satış bazarı olan Rusiyada milli valyutanın ucuzlaşmasıdır. Üstəlik, gömrük rüsumunun artması da vəziyyətə təsirsiz ötüşməyib”.

Kənd sakini Ayaz Abdullayev də qiymətin aşağı olmasından şikayətlənir. Deyir ki, 2017-ci ildə xurmanın qiyməti münasib olduğundan bağ sahibləri bu il əvvəlki dövrlərlə müqayisədə ağaclara daha yaxşı qulluq göstərdilər. Budama, suvarma, ağacların dibinin yumşaldılması, üzvi gübrə ilə təminat yüksək səviyyədə aparıldı. Əvəzində məhsul ikiqat artdı, qiyməti isə ucuzlaşdı.

Qəzet yazır ki, ümumiyyətlə, təkcə xurma deyil, cari il bir sıra kənd təsərrüfatı məhsullarının satışında fermerlər bu cür problemlə üzləşiblər. Xüsusən sarımsaq əkənlər daha çox ziyana düşüblər. Tonlarla sarımsaq insanların əlində qalıb.

Xəbər 3381 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +