İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb
Deputatın üçüncü oğlu üzə çıxdı
Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu
Ermənistan kimi seçdi: Tehranı, yoxsa Bakını?
İstintaqın əlində siyahı varsa... - İqbal Ağazadə
Prezident pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Baltik şirkətləri Rusiyanın “kölgə donanması”na dəstək verir


09.07.2018  13:25 

Bu yüksək dövlət vəzifələrinə TƏYİNAT olacaq





A+  A-

Azərbaycanda müxtəlif səbəblərdən boşalmış bir sıra yüksək dövlət postu təyinat gözləyir.
XəzərNews.az bildirir ki, Modern.az saytı ayrı-ayrı dövlət qurumlarında boş qalan yüksək vəzifə yerlərini bir daha dəqiqləşdirməyə çalışıb.

Hazırda Prezident Administrasiyasında bir vəzifə təyinat gözləyir. Belə ki, Prezident İlham Əliyev bu il aprelin 21-də və 23-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Sərəncamlara əsasən, yeni Baş nazir təyinatı həyata keçirilib, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiqlənib.

Həmin təyinatlardan sonra Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri postu yeni sahibini gözləyir. Bu vəzifə Baş nazir postuna aparılan Novruz Məmmədovdan sonra boşalıb.

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Yavər Camalov 23 iyun 2018-ci il tarixində dünyasını dəyişib. Mərhum nazirin qırxından sonra onun yerinə yeni təyinat gerçəkləşə bilər.

Nəqliyyat, Rabitə və informasiya Texnologiyaları Nazirliyində 1 müavin vəzifəsinə təyinat gözlənilir. Keçmiş müavin İltinmas Məmmədov vəzifədən kənarlaşdırılandan sonra onun yerinə təyinat gerçəkləşməyib.

Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli sərəncamı ilə istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya sahəsində idarəetmənin təkmilləşdirilməsi üçün Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb. Hazırda Nazirlər Kabinetinin tərkibində rəhbəri təyin olunmayan yeganə qurum bu agentlikdir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsinə təyin olunandan sonra şəhər Meriyasında rəhbər vəzifəyə heç kim gətirilməyib. İndi Bakı Şəhər İcra Hakimiyyətindəki 3 rəhbər vəzifədən ikisi – başçı və bir müavin vəzifəsi boşdur. Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov ötən il vəfat edib və bu günə kimi onun yerinə təyinat olmayıb.

Ağdam rayon İcra Hakimiyyəti də başçı təyinatı gözləyir. Keçmiş başçısı Raqub Məmmədov işdən kənarlaşdırılandan sonra Ağdan rayon İcra Hakimiyyətinə yeni rəhbər gətirilməyib.

Xəbər 2623 dəfə oxunub.




28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq


BÜTÜN XƏBƏRLƏR +