DTX əməliyyat keçirdi: İcra başçısı saxlanıldı - FOTO
Bank sektorunda yüksəliş: 56 milyardı keçdi...
Bu ölkələr dost olmalıdır -Szinpin
Baş həkim təyin edildi
Ramiz Mehdiyevə məxsus bu müəssisə çökdü - FOTO
ABŞ-də iki azərbaycanlıya 25 il həbs cəzası
Rusiya Rövşən Əsgərovu cərimələyib -FOTO
Ermənistan Azərbaycanın təsiri altında qala bilər -Ambartsumyan
Ramiz Mehdiyev fəxri adlardan məhrum edilib -FOTO
Toy kortejində atəş açanlar azərbaycanlılar olub: Saxlanıldılar


12.03.2018  13:48 

XİN prezident seçkiləri ilə bağlı məlumat yayıb





A+  A-

Azərbaycan XİN-i prezident seçkilərinə hazırlıq işləri ilə əlaqədar məlumat yayıb.
XəzərNews.az xəbər verir ki, məlumatda bildirilir ki, Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında prezident seçkilərinin təşkili məqsədilə gücləndirilmiş rejimdə zəruri tədbirlər görülməkdədir. Bununla əlaqədar olaraq, Xarici İşlər Nazirliyinin müvafiq idarələrinin əməkdaşlarından ibarət işçi qrup yaradılıb və Mərkəzi Seçki Komissiyası ilə əlaqələndirilmiş şəkildə iş aparılır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 2.3.-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları seçkilərin və referendumun keçirilməsi zamanı Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası Konstitusiyasının 3-cü və 56-cı maddələrində nəzərdə tutulan (seçki) hüquqlarının həyata keçirilməsinə kömək göstərməlidirlər.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin 4.12.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları konsul dairəsində yaşayan və (və ya) müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarına seçki hüquqlarını həyata keçirmələrinə köməklik göstərir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.6.-cı maddəsinə əsasən, səsvermə günü xarici dövlətlərdə olan seçicilərin səs verməsi və səslərinin hesablanması üçün seçki məntəqələri seçicilərin olduğu ərazilərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri tərəfindən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olduqda səsvermə gününə azı 30 gün qalmış yaradılır.

Hazırda Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında konsulluq qeydiyyatında olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının –aktiv seçki hüququna malik seçicilərin sayı barədə məlumatlar XİN tərəfindən Mərkəzi Seçki Kommissiyasına təqdim edilib.

32 ölkədə yerləşən Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında aşağıdakı qaydada 41 məntəqədə seçki məntəqəsi yaradılması planlaşdırılır.

Xəbər 3390 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.10.2025  11:05 

Baş həkim təyin edildi

30.10.2025  09:54 

Faktiki hava açıqlandı

29.10.2025  17:20 

Azərbaycanda zəlzələ


BÜTÜN XƏBƏRLƏR +