İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb
Deputatın üçüncü oğlu üzə çıxdı
Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu
Ermənistan kimi seçdi: Tehranı, yoxsa Bakını?
İstintaqın əlində siyahı varsa... - İqbal Ağazadə
Prezident pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Baltik şirkətləri Rusiyanın “kölgə donanması”na dəstək verir


04.08.2017  14:48 

Əli Həsənovun nəvəsi hazırda hardadır - AÇIQLAMA





A+  A-

Xəbər verdiyimiz kimi, ötən gecə paytaxtın Heydər Əliyev prospektində dəhşətli yol qəzası baş verib. Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində "Mercedes Gelandewagen" markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov ölüb.
Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları - Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Polisdən, həmçinin bildirilib ki, baş vermiş qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Mətbuatda yayılan xəbərlərə görə, qəza zamanı yanan avtomobil baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahaverdiyevə məxsusdur. Onun qəzada xəsarət aldığı deyilir.
N.Allahverdiyevin sahibi olduğu “Soho Lounge Bar”-ın administratoru əməkdaşımızla söhbətində məlum qəzadan xəbərdar olduqlarını bildirib. Adının mətbuatda çəkilməsini istəməyən şəxsin sözlərinə görə, N.Allahverdiyev qəza zamanı həmin avtomobildə olmayıb.
“Nail müəllim hazırda evdədir. Dünən xəbəri eşidib, narahat olduq. Dərhal telefonla əlaqə saxladıq. Bildirildi ki, o, qəza zamanı maşında olmayıb. Bakıda, öz ailəsinin yanındadır. Yəqin ki, vaxt edib kluba baş çəkəcək”.

(azvision.az)

Xəbər 3120 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq


BÜTÜN XƏBƏRLƏR +