İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb
Deputatın üçüncü oğlu üzə çıxdı
Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu
Ermənistan kimi seçdi: Tehranı, yoxsa Bakını?
İstintaqın əlində siyahı varsa... - İqbal Ağazadə
Prezident pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Baltik şirkətləri Rusiyanın “kölgə donanması”na dəstək verir


30.03.2024  12:23 

Dehli Sülh Forumunda iştirak edəcəkmi?





A+  A-

“Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Hindistana iki günlük səfəri başa çatıb. O Dehliyə hindli həmkarı Subrahmanyam Jaishankarın dəvətiylə səfər edib. Bu Dmitri Kulebanın xarici işlər naziri vəzifəsində Hindistana ilk səfəridir. Dəyişən Ukrayna xarici işlər nazirləri 7 il ərzində Hindistana səfər etməyiblər. Hazırki səfərin məqsədi Hindistan-Ukrayna münasibətlərini gücləndirməkdir. Təsadüfi deyil ki, Kuleba Ukraynanın Hindistanı güclü beynəlxalq səsi olan mühüm qlobal güc adlandırıb. Hindistanın son illərdə ABŞ və Avropa ölkələri ilə artan əməkdaşlığı Kiyevin diqqətini çəkib. Kiyev Hindistanın hərbi texnikasına da maraq göstərir”.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, Kuleba səfərdən əvvəl verdiyi açıqlamada Kiyevin iki ölkə arasında münasibətlərə önəm verdiyini söyləmişdi. “Ukrayna-Hindistan əməkdaşlığı Kiyev üçün vacibdir” deyən Kuleba əlaqələri canlandırmağa çalışacağını vurğulayıb:

“Kuleba bu zaman Ukrayna prezidenti Volodimir Zelenski ilə Hindistanın baş naziri Narendra Modi arasında dialoqa əsaslanıb. Narenda Modi qısa müddətdə telefonla həm Ukrayna prezidenti Volodimir Zelenski, həm də Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Bu Dehlinin tərəflərdən bərabər məsafə saxlamasına işarədir.

“Financial Times” dərgisinin yazdığına görə, Dehlidəki görüşləri zamanı Hindistanı Ukraynanın mövqeyini dəstək verməyə çağırıb. Kulebanın fikrincə, Rusiya-Hindistan münasibətləri keçmiş SSRİ dövrünün ənənəsinə dayanıb və bunu dəyişmək lazımdır. Kuleba Dehlini Moskva ilə Pekin arasında artan əməkdaşlığa diqqət etməsi gərəkliyini bildirib. Bu zaman Kuleba Hindistanla Çin arasında sərhəddə tez-tez baş verən insidentlərə istinad edib. Kuleba Ukraynanın Hindistana kənd təssərrüfatı məhsulları ixrac etməyə hazır olduğunu bildirib. Bundan başqa Kuleba Ukraynadakı infrastrukturun bərpası üçün Hindistanın yatırımlarına ehtiyac olduğunu da bildirib”.

E.Şahinoğlu vurğuladı ki, Hindistan Rusiya-Ukrayna müharibəsində balanslı mövqeyini qorumağa çalışacaq:
“Doğrudur, baş nazir Narendra Modinin baş nazir olduğu dövrdə Dehli Vaşinqton və Brüssellə əməkdaşlığı inkişaf etdirib. Digər tərəfdən Dehli Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalarını nəzərə almağa başlayıb. Misal üçün Hindistanın şirkətləri son aylarda Rusiyadan neft alışını azaldıblar. Bundan başqa Dehli Rusiyanın Çinlə strateji tərəfdaşlığı gücləndirməsindən də narahatdır. Buna baxmayaraq, Dehli Moskva ilə münasibətləri gərginləşdirmək də istəmir. Misal üçün Dehli müharibəyə görə Rusiyanın tənqid etməkdən çəkinir. Dehli müharibəyə son qoymaq üçün diplomatiya və dialoqun vacibliyi fikrindədir. Hindistan rəsmiləri eyni zamanda sülh səylərinə töhfə verməyə hazır olduğunu bildiriblər.

“Bloomberg” и “Reuters” agentliklərinin məlumatlarına görə, Kuleba Dehlini Sülh Forumunda iştiraka dəvət edib. Ukrayna ilə bağlı Forum yayda İsveçrədə keçiriləcək. Kiyev daha çox dövlətin bu Foruma qatılmasına çalışır. Dehli bu Forumda iştirakla bağlı qərar verməyib. Çin həmin Forumda iştirak etməyəcəyini əvvəlcədən bildirib. Pekin Rusiyanın iştirak etmədiyi Forumun keçirilməsinin əleyhinədir. Dehli Kiyevə oxşar irad bildirməsə də, Forumda iştirakın Rusiya ilə münasibətlərə mənfi təsir edəcəyindən ehtiyat edir. Buna baxmayaraq, Dehli Ukraynaya humanitar yardım göndərməkdə davam edəcək”.


Xəbər 2868 dəfə oxunub.




28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq


BÜTÜN XƏBƏRLƏR +