Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


27.03.2024  00:40 

ABŞ-da körpü uçub





A+  A-

ABŞ-da Baltimorda Frensis Skott körpüsü uçub.

Xəzərnews.az xəbər verir ki, martın 26-na keçən gecə çox tonluq konteyner gəmisi körpüyə çırpılıb. Nəticədə gəmi alovlanaraq batıb. Xilasedicilər suda 7 nəfəri tapmağa çalışsa da, qurbanların sayı daha çox olduğu ehtimal edilir. Bir neçə saniyə ərzində körpü suya düşüb. “The Guardian” ABŞ-da fövqəladə vəziyyət barədə məlumat yayıb.

Körpünün bütövlükdə yox, bir hissəsinin dağıldığı bildirilir, zədələnmiş hissənin dəqiq uzunluğu hələlik məlum deyil. Gəmi dayağa çırpılan zaman bir neçə avtomobil suya düşüb. İki

Baltimor meri Brandon M. Scott və şəhər İcra başçısı Conni Olszewski, hadisə yerinə müvafiq xidmətlərin gəldiyini və xilasetmə işlərinin davam etdiyini bildirib.

Müşahidə kamerasına düşən videoda hadisənin təfərrüatları aydın görünür. Konteyner gəmisinin sürüşmədən və əyləcdən istifadə etmədən körpünün dayağına doğru getdiyi görünür. Bundan sonra gəmi suya çökür. Sonra baş verən yanğın və daşqın səs yazısına daxil edilməyib.

Qeyd edək ki, Francis Scott körpüsünə çırpılan gəmi “Maers”ə məxsus, Sinqapur bayrağı altında üzəm 300 m uzunluğunda Dali konteyner gəmisidir. Gəmi Şri-Lankaya gedib.

Yanğınsöndürmə idarəsinin sözçüsü Kevin Kartrayt da hadisə barədə şərh verib. Onun sözlərinə görə, xilasedicilər hadisədən zərər çəkən 7 nəfərin taleyini öyrənməyə çalışırlar. Hazırda suda axtarış-xilasetmə işləri aparılır. O, hələlik neçə qurban olduğu barədə dəqiq məlumatın olmadığını da qeyd edib.//Sfera.az


Xəbər 3253 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +