Bayden ailə üzvlərini əfv ETDİ
Həcc ziyarətinin qiyməti açıqlandı
Tramp ABŞ-nin 47-ci prezidenti kimi AND İÇDİ
Prezident Çinin CGTN telekanalına müsahibə verib
Prezident 20 Yanvarla bağlı paylaşım etdi
Fərid Səfərli azadlığa BURAXILDI
“Rusların tərbiyəsizliyini gördük” - Rövşən Məmmədov
Bank borcunu bağlayan kişi sevincdən öldü
Qatarlar arasında interval AZALDILACAQ
Bakı Ermənistandan ciddi addımlar gözləyir


25.09.2019  13:20 

Avtobusların gecə reyslərinə İCAZƏ VERİLDİ





A+  A-

““Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na uyğun, əhalinin gecə vaxtı həyata keçirilən şəhərlərarası sərnişin daşımalarına olan tələbatının təmin edilməsi və bu sahədə qeyri-qanuni sərnişin daşımalarının qarşısının alınması məqsədilə gecə reyslərinin yenidən bərpasına dair sərnişin müraciətləri nəzərə alınaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Nazirlər Kabinetinə təqdim etdiyi təklifə razılıq verilib”.
Bu barədə XəzərNews.az-a DANX-ın mətbuat aktibi Nuridə Allahyarova məlumat verib.

N.Allahyarova qeyd edib ki, qərar dəyişikliyində, yol infrastrukturunda ciddi təmir-bərpa işlərinin həyata keçirilməsi, magistral avtomobil yollarında əsaslı, cari təmir işlərinin yüksək templə aparılması, həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizlərinin müasir səviyyədə qurulması, ölkəmizin iri beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ilə əlaqədar regionlardan paytaxta gələn sərnişinlərin vaxt məhdudiyyəti, avtonəqliyyat parkının 10 il əvvəlki vəziyyətlə müqayisədə (şəhərlərarası daşımalar) müasir, komfortlu avtobuslarla yenilənməsi əsas götürülüb:

“Bildiyiniz kimi 2010-cu il may ayının 6-dan etibarən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzaldan (hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksi) şəhərlərarası istiqamətdə uzaq məsafələrə yola düşən avtobusların qrafikində dəyişiklik edilib. Tapşırığa əsasən, gecə saatlarında avtobusların Bakıya doğru və əks istiqamətdə hərəkətinə qadağa qoyulub, saat 01:00-dan 06:00-dək isə sürücülərin istirahət vaxtı kimi müəyyən edilib. Bakıdan müxtəlif istiqamətlərə gedən avtobusların yoladüşmə vaxtı saat 20:00-dan sonra məhdudlaşdırılıb.

O dövr üçün bu qərarın əsaslandırılmasına dair gətirilən arqumentlər sırasında ölkə yollarında baş verən çoxsaylı nəqliyyat qəzaları nəticəsində həlak olan və xəsarət alanların sayının artması, əlaqədar qurumların bədbəxt hadisələri diqqətdə və nəzarətdə saxlama cəhdlərinin mümkünsüzlüyü, magistral şosse yollarındakı vəziyyətin ürəkaçan olmaması, bu yolla hərəkət etməyə məcbur köhnə, texniki cəhətdən istismar üçün əlverişli olmayan avtonəqliyyat vasitələri ilə sərnişin daşınmasının təhlükəli olması faktları həqiqətən ehtiyatlanmağa səbəb verirdi”.

Əlavə olaraq qeyd edək ki, gecə reysləri zamanı təhlükəsizlik qaydalarına tam əməl edilməsi məqsədilə hər iki istiqaməti dar hərəkət zolaqlarından ibarət olan, xüsusilə dağ relyefli avtomobil yollarında daşımaların həyata keçirilməsinə yol verilməyəcək. Uzaq məsafələrə nəzərdə tutulan marşrutlar üzrə avtobuslara iki sürücünün təhkim olunmasına dair tapşırığın icrası zəruri olacaq.

Alınan qərara əsasən NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən xidmətin həyata keçirilməsi zamanı tam təhlükəsizlik qaydalarına əməl olunması, reyslərin təşkili zamanı bütün risklərin nəzərə alınmasına dair tapşırıq Bakı Beynəlxalq Avtovağzal Kompleksinə verilib və artıq müvafiq müqavilələr bağlanıb. Oktyabrın ayının 1-dən etibarən Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində test rejimində iri tutumlu, müasir, komfortlu, Almaniyanın “MAN” şirkətinə məxsus Neoplan avtobusları ilə uzun fasilədən sonra ilk gecə reysləri xidmətə başlayacaq.
Qeyd edək ki, test rejimi payız və qış ayları boyunca davam edəcək. Növbəti ildən ehtiyac yaranarsa prosesə yeni daşıyıcılar cəlb olunacaq.

Xəbər 1319 dəfə oxunub.



21.01.2025  01:42 

Bayden ailə üzvlərini əfv ETDİ

20.01.2025  14:06 

Bu rayonda 3 gün su olmayacaq

20.01.2025  13:58 

Həm hüznlü, həm qürurluyuq!

20.01.2025  12:04 

Prezident Şəhidlər xiyabanında

20.01.2025  10:04 

Tanınmış aktyor vəfat etdi

20.01.2025  10:01 

Davos Forum öz işinə başlayır

20.01.2025  09:57 

Xəzərdə zəlzələ oldu

20.01.2025  09:53 

Трамп против лгбт


BÜTÜN XƏBƏRLƏR +