Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


15.12.2025  10:47 

“Bravo”nun 4 marketində qanun pozuntusu aşkarlandı





A+  A-

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Bravo” mağazalar şəbəkəsinə son iki ayda dörd dəfə ayrı-ayrılıqda böyük məbləğlərdə cərimələr yazıldığı müəyyən olunub.

“Şüvəlan Bravo3” marketdə “NOG Portağallı Peçenye 100gr” adlı məhsulun qiymət kağızında endirimli qiymətinin 0.80 manat göstərilməsinə baxmayaraq 0,99 manata satılıb. Bununla da “Bravo” hüquqi şəxs İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədib. Xəzər Rayon Məhkəməsinin qərarı ilə "Bravo”ya 4 min manat məbləğində cərimə yazılıb.

Bundan əlavə, Xətai rayonunda yerləşən “Bravo” marketdə “Valesto Brinza pendirli börək” adlı məhsulun vitrində qiymətinin 1.05 manat göstərilməsinə baxmayaraq kassada 1.29 manatdan hesbalanaraq 2 ədədi 2.58 manata müştəriyə satılıb. Bu da marketlər şəbəkəsi barədə protokol yazılmasına səbəb olub. Xətai Rayon Məhkəməsinin qərarı ilə 4 min manat məbləğində cərimə yazılıb.

Digər fakt Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965-ci məhəllədə yerləşən “Bravo” marketdə qeydə alınıb. Üzərində qiyməti 15,05 manat olan “Raffaello” adlı məhsul kassada 16,50 manata satılıb. Antiinhisar və İstehlak Bazarına NəzarətDövlət Agentliyi tərəfindən marketə İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə protokol yazılıb. İnzibati xəta törətməsinə dair material Nərimanov Rayon Məhkəməsinə daxil olub. Məhkəmənin qərarı ilə “Bravo”ya daha 4 min manat məbləğində cərimə yazılıb.

Daha əvvəl də işıqlandırılan, digər qanun pozuntusu “Bravo” marketdə 2 litirlik plastik qablaşdırmada olan “Aquavita” adlı qazsız suyun qiymət kağızında qiymətinin 0,92 manat göstərilməsinə baxmayaraq kassada 1.09 manata satılması olub. Bu qanun pozuntusuna görə də Səbal Rayon Məhkəməsinin qərarı ilə market 4 min manat məbləğində cərimə olunub.

Qeyd edək ki, “Bravo” marketlər şəbəkəsinin sahibi “Azərbaycan Supermarket” MMC-dir. MMC-nin Baş İcraçı direktoru Jaime Teixeiradır./Yurd.Media

Xəbər 1348 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +