Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var
Mehdiyev işində 30 icra başçısı dindirilib?
Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb


20.11.2023  09:40 

İqor Ponomaryova DABF-da vəzifə verilib





A+  A-

Məşhur futbolçu İqor Ponomaryova Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunda (DABF) vəzifə verilib.

DABF-dan Xəzərnews.az-a verilən məlumata görə, Fondun idarə heyətinin qərarı ilə dünyada yaşayan azərbaycanlılar arasında peşəkar idmanla məşğul olanların inkişafı, bu sahədə əlaqələrin genişləndirilməsi üçün İdman Komitəsi yaradılıb. Həmin komitənin rəhbəri isə İqor Ponomaryov seçilib.

24 fevral 1960-cı ildə Bakıda doğulan İqor Ponomaryov Neftçi Bakı klubunun üzvü kimi SSRİ-nin olimpiya yığmasının tərkibində 1988-ci il Seul olimpiadasında qızıl medal qazanıb. Sonradan İsveçə yollanan Ponomaryov yerli "Norrçyopinq" komandasında çıxış edib. Baş məşqçi karyerası ərzində isə o, Azərbaycan yığması, Qarabağ və Xəzər-Lənkəran, eləcə də Rusiyanın "Maşuk-KMV" komandalarına rəhbərlik edib.

2020-ci ildə Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib.

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) bu ilin may ayında İsveçin paytaxtı Stokholm şəhərində təsis olunub.

Təsis toplantısında Hikmət Cavadov DABF-nun Baş katibi seçilib.

Xəbər 2784 dəfə oxunub.



25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +