Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var
Mehdiyev işində 30 icra başçısı dindirilib?
Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb


27.05.2021  14:43 

COVID-19 pasportu olmayanlar barədə qərar veriləcək





A+  A-

“Koronavirusa qarşı peyvəndin əks göstəriş olduğu (allergiya, qıcolma), yoluxub sağalmış, amma koronavirus testindən keçməyən, “COVID-19” pasportu və ya “COVID-19”a qarşı immunitet sertifikatı olmayan şəxslərlə bağlı növbəti mərhələlərdə qərar veriləcək”.
XəzərNews.az xəbər verir ki, bu barədə Modern.az-a hökumətdəki mənbədən məlumat verilib. Bildirilib ki, “COVID-19” pasportuna sahib şəxslər pasportu olmayanlarla müqayisədə üstünlüyə malik olacaq və bir çox imtiyazlardan istifadə edəcəklər:

“Peyvəndin əks göstəriş olduğu şəxslərin yoluxub sağalmış, vaksinasiyadan keçmiş şəxslərə nisbətdə yoluxma riski daha çox baş verdiyindən onlar özlərini daha çox qorumalı və maskadan mütləq şəkildə istifadə etməlidirlər. Amma hazırda bununla bağlı konkret qərar və qaydalar müəyyənləşməyib”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, 2021-ci il iyulun 1-dən etibarən “COVID-19” pasportu və ya koronavirusa qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunacaq.

Xəbər 3094 dəfə oxunub.



25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +