Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var


22.10.2019  12:32 

“Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb





A+  A-

Bütün ölkə ərazisini sürətli və keyfiyyətli şəbəkə ilə əhatə edən “Nar”ın 4G istifadəçilərinin sayı sürətlə artmaqdadır. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil operatorun aktiv 4G istifadəçilərinin sayı 85% artaraq 875 min nəfəri ötüb. Quraşdırılan baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində, internet trafikinin həcmi 67% artıb. 4G smartfon penetrasiyasının artımı, LTE və LTE-A texnologiyalı baza stansiyalarının genişlənməsi, müştərilərin internetə olan ehtiyaclarını qarşılamaq məqsədilə təqdim edilən məhsullar “Nar”ın 4G istifadaçilərinin sayının artmasına səbəb olub.
XəzərNews.az xəbər verir ki, “Nar”ın LTE texnologiyalı baza stansiyalarını paytaxtla yanaşı, bölgələrdə, hətta ən ucqar kəndlərdə belə genişləndirməsi sayəsində 4G internetindən istifadə edənlərin sayı Bakı üzrə 78%, regionlar üzrə isə 101% artıb. Bununla da 4G istifadəçilərinin 67%-i Bakının, 33%-i isə regionların payına düşür. Mobil operator LTE texnologiyalı baza stansiyalarını Azərbaycanın 53 regionunda quraşdırmağa nail olub. Qeyd edək ki, “Nar”ın 4G şəbəkəsi hazırda ölkə əhalisinin 91,5 %-ni əhatə edir.

Mobil operatorun şəbəkəsi haqqında daha ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

Xəbər 3202 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +