Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var


14.08.2018  11:05 

1200 ton kartofda zərərvericilər aşkarlandı





A+  A-

Tovuz rayonunun aran ərazilərində torpaq mülkiyyətçilərinə məxsus kartof əkini sahəsindən toplanmış ərzaqlıq və toxumluq kartof məhsuluna fitosanitar baxış keçirilib və məhsulun kartof güvəsi ilə sirayətləndiyi müşahidə edilib.
Kənd Təsərrüfatı Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, Nazirlik yanında Dövlət Fitosanitar Xidmətinin Tovuz Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 1200 ton ərzaqlıq və toxumluq kartof məhsulunu zərərvericilərdən mühafizə etmək və zərərvericinin daha geniş ərazilərə yayılmasının qarşısını almaq məqsədi ilə 80 kq “Bassilus Thuringiensis 32000 LUVP” bioloji preparatından istifadə edilməklə, dövlət büdcəsi vəsaiti hesabına bioloji mübarizə işləri həyata keçirilib.

Qeyd edək ki, fermerlər kimyəvi mübarizə tədbirlərinə nisbətən bioloji mübarizə üsullarına daha çox üstünlük verilər. Çünki kimyəvi mübarizə çərçivəsində kimyəvi preparatın tətbiqi zamanı texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilmədikdə zəhərlənmə halları baş verir. Ancaq bioloji mübarizənin tətbiqi insan sağlamlığına heç bir təhlükə yaratmır və zəhərlənmə halları baş vermir.

Xəbər 3400 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +