Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var


06.04.2018  09:26 

Bayıl yamacında vəziyyət necədir?





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmənin səbəblərinin öyrənilməsi üçün ərazidən süxur nümunələrinin götürülməsinə başlayıb.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.R.Həsənovun sözlərinə görə, hazırda Bayıl yamacındakı sürüşmə sahəsində daha dəqiq tədqiqatların aparılması üçün buruq-qazma işləri aparılır.

Dəstə rəisi bildirib ki, sürüşmə sahəsinin müxtəlif hissələrində müxtəlif dərinlikdə olan bir necə quyu qazılacaq və oradan süxur nümunələri götürüləcək: “Tədqiqatların aparılması üçün bir quyudan nümunənin götürülməsi kifayət etmir. Buna görə də ərazidə bir necə quyu qayılacaq. Quyulardan götürüləcək süxur nümunələri müqayisə edilməlidir. Süxur nümunələri laboratoriyada analiz edildikdən sonra sürüşmənin səbəbi aydınlaşdırıla və onun geoloji quruluşu haqqında yekun fikir söyləmək olar”.

R.Həsənov qeyd edib ki, quyulardan götürülmüş süxur nümunələri yaxın günlərdə laboratoriya analizinə təqdim ediləcək:

R.Həsənov əlavə edib ki, tədqiqatlar nəticəsində sürüşmənin baş vermə səbəbi, prosesin dinamikası ilə bağlı daha dəqiq məlumatlar əldə ediləcək: “Bunun əsasında geoloji hesabat hazırlanacaq. Bu hesabat əsasında da yəqin ki, prosesin gələcəkdə aktivləşməməsi üçün aidiyyatı dövlət qurumları tərəfindən tədbirlər görüləcək".

Nazirlik bildirib ki, hazırda Teleqüllənin yaxınlığındakı sahədə gərginlik davam etsə də, sürüşmə prosesinin dinamikasında aktivləşmə qeydə alınmır.

Xəbər 3123 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +