Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var
Mehdiyev işində 30 icra başçısı dindirilib?
Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb


12.06.2017  12:36 

“Dəlilik kağızı” olan müəllim - Bu “kağız” kimlərə verilir, onlar harda işləyə bilərlər...





A+  A-

Bir neçə gün öncə Göyçay şəhərindəki 5 nömrəli orta məktəbin Aytəkin adlı tarix müəlliməsinin 5-ci sinif şagirdini döyməsi haqda xəbər ölkə mediasında müzakirə edilən hadisələrdən oldu.
Şagirdin atası müəllimi şikayət edəcəklərini bildirdikdə, qarşılığında “hara istəyirsiniz şikayət edin, onsuz da mənim dəlilik kağızım var” cavabını aldı. Bu hadisədən sonra istər-istəməz müxtəlif suallar yaranır.
Yəni “dəlilik kağızı” olan şəxslərin pedaqoji fəaliyyət və ya digər sahələrdə işləmək kimi şansları varmı? Ümumiyyətlə “dəlilik kağızı” kimlərə verilir?

Sabiq polis rəisi, kriminalist Mahmud Hacıyev açıqlamasında bildirib ki, elə işlər var ki, “dəlilik kağızı” olan biri orada çalışa bilməz:

“Bəzi işlərə müraciət edən zaman mütləq qaydada həm narkoloji, həm də psixatriya dispanserdən kağız tələb edilir. Yəni həmin insanlar bu dispanserlərdə qeydiyyatda olmadıqları ilə bağlı arayış təqdim etməlidirlər. Bu, xüsusilə hüquq-mühafizə orqanları, tibb sahəsi, müəllimlik və ya pedaqoji fəaliyyətlə məşğul olanlara aiddir.
O cümlədən istintaq altında olan, cinayət, inzibati xəta edən kimsə ruhi pozğunluğu, əsəb sistemlərinin qaydasında olmadığını etiraf edərsə, o, tədqiqatçı tərəfindən mütləq qaydada sorğuya çəkilir və “dəlilik kağızı” verilir. Həmçinin, bundan öncə şübhəlinin, yaşadığı rayonun narkoloji və psixiatriya dispanserində qeydiyyatda olub-olmadığı yoxlanılır”.

M.Hacıyev bildirib ki, kimisə müəllim kimi işə götürməz qabaq mütləq sağlamlıqla bağlı arayış tələb olunmalıdır:

“İnanmıram ki, hansısa müəllimin “dəlilik kağızı” olsun. Buna el arasında “dəlilik” deyirlər. Çünki kimisə müəllim kimi işə götürəndə öncə yoxlayıb, arayış tələb edirlər. Ola bilsin ki, müəllim emosiya ilə belə bir cümlə qurub. Aydındır ki, övladı döyülən valideyn də sakit danışa bilmir. Ona görə də hər iki tərəf emosional olub. Lakin digər tərəfdən “Azərbaycan reallığı” deyilən bir şey var. Hərdən neqativ hallar ola bilir. Əgər “dəlilik kağızı” olan biri müəllim kimi işləyirsə, bu artıq hüquq pozuntusudur, cinayət tərkibli əməldir. Onu işə götürən şəxslər cavab verməlidir. Onlar haqqında hətta cinayət işi qaldırıla bilər”.

Sabiq polis rəisinin sözlərinə görə “dəlilik kağızı” olan şəxs, nəinki, qeyd edilən işlərdə çalışa bilməz, o cümlədən sürücülük haqqına da malik deyil:

“Sürücülük vəsiqəsi almağa gedən zaman da insanlardan narkoloji və psixatriya dispanserindən arayış tələb edilir. Əgər müraciət edən şəxs həmin yerlərdə qeydiyyatdadırsa, aydın məsələdir ki, o adamın maşın sürmək kimi hüququ da olmur”.

Tibb üzrə ekspert Adil Qeybulla qeyd edib ki, müxtəlif psixoloji xəstəliklər var və hər kəsə “dəlilik kağızı” vermək olmaz:

“Dəlilik deyəndə psixoloji xəstəliyi olan bütün insanları nəzərdə tutmaq olmaz. Dəlilik şizofreniya ilə bağlı olan məsələdir. Həmin insanların hallüsinasiyaları olur. Bu şəxslər ümumiyyətlə pedaqoji işlə məşğul ola bilməzlər. Onlar əlillik dərəcəsi almalı, dövlət himayəsində olmalıdır. Aqressiyası olan, ağır formalı şizofreniklərin işləməsi qətiyyən məqsədəuyğun deyil və qadağan olunmalıdır. Məsələn, tədrisdə, səhiyyədə, hərbi sahədə bu insanları işləməyə qoymaq olmaz. Onlar xeyli təhlükə yarada və ətraflarına ziyan vura bilərlər. Həmin insanların psixatriya dispanserində qeydiyyatları olur. Əgər belədirsə, heç bir halda çalışmaqları mümkün deyil. Xüsusilə, tələbə-müəllim arasındakı münasibətlərdə bu cür səıhvlərə qəti yol vermək olmaz”.

Ekspertin sözlərinə görə “dəlilik kağızı” olan insanlar müalicə alıb sağalsalar da, yenidən eyni hal yaşaya bilərlər:

“Şizofreniya tamam başqa xəstəlikdir. Bu cür insanlar tədris həyata keçirməklə məşğul ola bilməzlər. Onlar müəyyən dərman qəbullarından sonra xəstəlikdən adekvat ola bilsələr də, xəstəlik yenidən onlarda müşahidə edilə bilir. Qeyd etmək lazımdır ki, ağır şizofreniyası olan insanlar cinayət əməllərinin törədilməsinə qədər gedib çıxa bilərlər”.
(modern.az)

Xəbər 2988 dəfə oxunub.



25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +