Ramiz Mehdiyevin köməkçisi həbs olunub
Tramp: Dünyanı 150 dəfə partlatmaq üçün nüvə silahımız var
Görəsən hökumət nə düşünür? - İqtisadçı
Hava şəraiti ilə bağlı... - Sürücülərə xəbərdarlıq
Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb


13.04.2018  10:36 

Baş redaktor nazir və Baş Prokurora müraciət etdi





A+  A-

"Unikal” qəzetinin baş redaktoru Asəf Rzayev Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova və Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət edib.
XəzərNews.az Unikal.org-a istinadən həmin müraciətin mətnini təqdim edir:

Hörmətli cənab Baş prokuror və cənab nazir!

Qeyd edim ki, aprel ayının 9-da "Unikal.org” informasiya portalının əməkdaşı dünyasını dəyişmiş Səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimini işıqlandırmaq istəyərkən hücuma məruz qalıb.Belə ki, Yasamal qəbiristanlığında mərhumla dəfn mərasimini lentə alan əməkdaşımız Famil Fərhadoğlu (İbrahimov) nazir Oqtay Şirəliyevin yaxınlarının hücumuna məruz qalıb. Əməkdaşımız üz və qol nahiyyəsindən xəsarət alıb. Həmçinin, mobil telefonu əlindən alınaraq, sındırılıb. Həmin vaxt 30-35 yaşlı gənc və orta yaşlı kişi əməkdaşımıza hücum edərək üzünə sillə və yumruq vuraraq, çəkiliş apardığı telefonu əlindən alıb sındırıblar. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin "102” xidməti-zəng mərkəzinə müraciət olunub. Müraciətdən sonra döyülən əməkdaşımız Famil Fərhadoğlu (İbrahimov) Yasamal rayon 28-ci polis bölməsinə çağırılıb və izahatı alınıb. Amma əməkdaşımızın peşə fəaliyyətinə mane olan və ona xəsarət yetirən şəxslərin kimliyi bəlli olsa da, hansısa səbəbdən polisə gətirilə bilməyiblər.

Hörmətli cənab Baş prokuror və cənab nazir!

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev daim media işçilərinin qayğısına qalır, onların səmərəli fəaliyyəti üçün ölkədə münbit şəraitin yaradılması üçün səy göstərir. Ölkə başçısı jurnalistləri özünün köməkçisi hesab edir və məmurları KİV nümayəndələrinin fəaliyyətinə mane olmamağa çağırır. Görünən odur ki, ölkənin birinci şəxsinin özünə köməkçi hesab etdiyi jurnalistlərin fəaliyyətinə əngəllər törədənlərə hələ də rast gəlinir.

"Unikal.org” informasiya portalı olaraq məlum hadisəyə Sizlər tərəfindən operativ reaksiya veriləcəyinə və təqsirkarların tezliklə tapılaraq cəzalandırılacağına inanırıq.

Xəbər 3054 dəfə oxunub.




01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi


BÜTÜN XƏBƏRLƏR +