İmişlinin hər il yollarını təmir edən şirkət kimindir?
Rusiya danışıqlarda iştirak etməyəcək -Peskov
Əhməd Orucun evi qarət olunub
“Saytlar “Google”da yaranan problemə görə bloklandı” – İT mütəxəssisi
Ukraynada Azərbaycan abidələrinin qorunmasına başlanılıb -FOTO
Füzulidə 14 illik idarəçilik: Bu kreslo niyə dəyişmir?
Bəxtiyar Hacıyevin kassasiya şikayəti təmin edilmədi
Zelenski Türkiyəyə səfər edəcək
“Baku Electronics“ Çin mallarını yapon adı ilə satırmış
Dünyada internetin sürətinə görə geridəyik


14.11.2025  10:59 

Kənd təsərrüfatında hədəflərə nail olunmayacaq?





A+  A-

Hesablama Palatasının 2026-cı ilin dövlət büdcəsi zərfinə verdiyi rəydə kənd təsərrüfatı sektoruna aid bir sıra ciddi problemlər və gecikmələr diqqət çəkir.

Sənədin təhlili göstərir ki, 2022–2026-cı illər üçün müəyyən edilən inkişaf hədəfləri kənd təsərrüfatında tam icra olunmur, sektor üzrə real göstəricilər gözləntilərin xeyli gerisində qalır.

Hesablama Palatasının rəyində bildirilib ki, kənd təsərrüfatı üzrə orta illik artım proqnozları Strategiyanın hədəflərinə uyğun gəlmir.

"Digər sahələrin gözlənilən və proqnoz göstəriciləri kənd təsərrüfatı və qeyri neft-qaz sənayesində orta illik artım, turizm üzrə isə 5 illik artım hədəfinə tam nail olunmayacağını deməyə əsas verir”, - rəydə qeyd edilib.

Palatanın qənaətinə görə, kənd təsərrüfatı və qeyri-neft sənayesinin zəif artımı qeyri-neft ixracı üzrə hədəflərin də icrasını çətinləşdirir.

Sektorla bağlı diqqətçəkən digər məqam isə büdcədənkənar vəsaitlərin bölgüsüdür. Hesablama Palatasının rəyində bildirilib ki, gələn il büdcədənkənar xərclər bütün funksional sahələr üzrə artımla nəzərdə tutulsa da, kənd təsərrüfatı bu siyahıya daxil deyil. Yəni digər sektorlar əlavə resurs alır, kənd təsərrüfatının isə büdcədənkənar maliyyələşməsi artmır.

Hesabata görə, kənd təsərrüfatı ilə bağlı ən kəskin məqam isə işğaldan azad olunmuş ərazilərdəki vəziyyətdir. Palatanın təqdim etdiyi cədvələ əsasən, 2025-ci ilin ilk 8 ayında Qarabağ regionunda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilməli olan layihələrin heç biri icra olunmayıb. Rəsmi rəqəmlərə görə, Nazirliyə bu məqsədlə ayrılmış 850 min manat vəsaitdən 0 manat xərclənib./Modern.az


Xəbər 578 dəfə oxunub.




18.11.2025  16:20 

Əhməd Orucun evi qarət olunub

18.11.2025  11:15 

HANSI QAZAXISTAN, AY İRAN?

17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +