Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var
Mehdiyev işində 30 icra başçısı dindirilib?
Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb


17.01.2023  10:43 

Xanım müğənni sevgilisini niyə öldürüb?





A+  A-

İstanbulda dəhşətli cinayət hadisəsi qeydə alınıb. Müğənni və model Seçil Çiftçi keçmiş sevgilisini öldürüb, atasının köməyi ilə cansız bədənini meşədə basdırıb.

Belə ki, İstanbul İl Jandarma Komandanlığı Sancaktepedəki meşəlik ərazidə əlləri və ayaqları bağlı naməlum kişi cəsədi tapıblar. Araşdırmalardan sonra məlum olub ki, cəsəd Semih Sevgi adlı şəxsə məxsusdur.

Cinayət hadisəsində şübhəli bilinən Semih Sevginin keçmiş sevgilisi Seçil Çiftçi və onun atası Ç.Ç polis tərəfindən saxlanılıb. İlkin dindirilmə zamanı məlum olub ki, qadın müğənni onunla barışmaq istəyən keçmiş sevgilisinin başına dəmir stulla zərbə endirib. Daha sonra o, Semihin öldüyünü görüb və atasından yardım istəyib. Belə ki, Ç.Ç qızına yardım edərək, oğlanın cansız bədənini avtomobilə aparıblar. Hadisəni əks etdirən görüntülər küçədəki müşahidə kameralarında yer alıb.

Seçilin ifadəsində keçmiş sevgilisinin cəsədfini meşəlik ərazidə basdırdığını etiraf edib.

Polis Seçil Çiftinin evində axtarış aparıb. Məlum olub ki, müğənni və model kimi fəaliyyət göstərən Seçilin evində narkotik maddə aşkarlanıb. Hazırda Çiftçilər barəsində cinayət işi açılıb. İstintaq davam edir./"Unikal"

Xəbər 2632 dəfə oxunub.




25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +