Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var
Mehdiyev işində 30 icra başçısı dindirilib?
Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb


12.04.2017  15:07 

Fermerlərə verilən kreditlərin faizlərini dövlət ödəyə bilər





A+  A-

“Aqrar sahə dünyanın ən riskli sahəsidir. Bu sahə dünyada kredit təşkilatları tərəfindən cəlbedici sahə hesab edilmir, eynilə bizim ölkəmizdə də vəziyyət belədir”.
XəzərNews.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.

Onun sözlərinə görə, son 10 ildə banklar kənd təsərrüfatı sektorunun kreditləşməsini 5 dəfə, Sahibkarlığa Kömək Milli Fondu isə 18,1 dəfə artırıb. Buna baxmayaraq, naziri müavini bildirib ki, bu vəsait yetərli deyil.

“Dövlət xətti ilə aqrar sektora ciddi maliyyə dəstəyi verir. Xarici investorlar isə aqrar sahəmizə elə də ciddi münasibət göstərmirlər. Bu, təkcə aqrar sahənin riskli olması ilə bağlı deyil, eyni zamanda burada ayrı-ayrı kredit alətlərinin, mexanizmlərinin tətbiqinin məhdudluğu ilə bağlıdır. Çünki aqrar sahədə daşınar əmlakların girov kimi qəbul edilməsi, hazır məhsulların girov kimi qəbul edilməsi, beynəlxalq təcrübədə öz əksini tapan və sınanmış alətlər hələlik ölkəmizdə tətbiq edilmir. Ümid edirik ki, bununla bağlı bizim təkliflərimiz nəzərə alınacaq və fermerlərin maliyyə resurslarına çıxış imkanları artırılacaq. Biz beynəlxalq təcrübədə özünü doğrultmuş bir neçə variantı təklif etmişik. Bu, yalnız hazır məhsulların girov kimi qəbul edilməsi ilə bağlı deyil, eyni zamanda götürülmüş kreditlərin faiz dərəcələrinin dövlət vəsaiti hesabına ödənilməsi kimi bir neçə müxtəlif alətlərin tətbiqini nəzərdə tutur”, – deyə S. Talıbov vurğulayıb.

Xəbər 3585 dəfə oxunub.




25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +