Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev


22.07.2022  17:57 

Nə baş verir?





A+  A-

İranın və ABŞ-ın əlində oyuncağa çevrilmiş mağmın iraqlıların əliylə Türkiyəyə qarşı təxribatlar törədilməsində məqsəd nədir?

Tehranda "Astana üçlü"sünün zirvə toplantısı bitər-bitməz iraqlıları və suriyalıları Türkiyəyə qarşı qaldırmaq üçün "düymə"yə basıldı. Belə ki, əvvəlcə Zaho kurortunda terror aktı təşkil edildi və nəticədə 10 nəfərə yaxın əcnəbi turist, eləcə də sıravi iraqlılar həlak oldu. Yaralananlar da çoxdur.

Bu terror aktının törədilməsini məqsədli şəkildə Türkiyənin üzərinə yıxmağa çalışdılar. İran və İraq mediası Türkiyənin adını durmadan hallandırdı. Amma hərçənd ki, terrorun icraçısı PKK militanları idi. Türkiyə tərəfi bu barədə rəsmi açıqlama versə də və silahsız insanları heç vaxt hədəfə almadığını bəyan etsə də, lakin artıq iş işdən keçmiş, anti-Türkiyə təbliğatı öz işini görmüş, beyinlər qızmışdı.

PKK-nın törətdiyi terror aktını Türkiyənin əleyhinə çevirən qüvvələr növbəti addım kimi Türkiyənin Bağdaddakı səfirliyinə qarşı azğın kütlənin hücumunu təşkil etdilər. Onlar hətta səfirliyin binasını da ələ keçirməyə cəhd göstərdilər. Türkiyənin bayrağı yandırıldı.

Və bütün bunlar azmış kimi o biri yandan isə Müqtəda Əs-Sədr və Hadi əl-Əmiri kimi radikal silahlı dəstələrin liderləri öz tərəfdarlarının Türkiyə qarşı döyüşməyə hazır olduğunu elan edirlər.

Qeyd etdiyim bu proseslərin hamısının "ssenari"ləri çox güman ki, Tehranda cızılıb. Çünki Türkiyənin Suriyada və Şimali İraqda antiterror əməliyyatları aparmasının əleyhinə çıxış edən əsas ölkə də məhz İrandır.

Ayətullah Xameneinin Tehranda Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı açıq şəkildə İranın bu əməliyyata qarşı olduğunu, Suriyada keçirilən istənilən əməliyyatın Türkiyəyə ziyan vuracağını bildirməsini hamımız yaxşı xatırlayırıq. İndi də görünən budur ki, Xamenei bu sözləri boşuna demirmiş.

İran Türkiyə ilə əl-ələ verib terror çətələrini birlikdə çökərtmək əvəzinə, əksinə, terrora qarşı mübarizə aparmaq və öz sərhədlərinin təhlükəsizliyini təminat almaq istəyən ölkənin - Türkiyənin qarşısını kəsir.

"Terrora sponsorluq edən ölkə" adını bax bu cür ölkələrə verirlər. Necə ki, bu yaxınlarda Rusiyanın da "terrora sponsorluq edən ölkə" kimi tanınması məsələsi gündəmə gəlmişdi, İranı da eynən bu sıraya qatmaq olar.

Bizim Qarabağda yuva salan erməni terrorçularına və Ermənistan adlı terrorçu dövlətə də məhz bu iki ölkə hər zaman gizli və ya açıq dəstək verib.

Hazırda Zəngəzur dəhlizinin açılmasını əngəlləmək üçün İran açıq şəkildə Ermənistanı dəstəkləyir və Paşinyanı sülh prosesini ləngitməyə təhrik edir.

Bir sözlə, hazırda həm Türkiyə, həm də Azərbaycan İranın növbəti sərsəm avantüraları ilə üz-üzədir.

Bəybala Mirzəyev

Xəbər 3500 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +