Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev


05.07.2022  11:18 

Aydın Mirzəzadə SİLDİYİ statusdan danışdı





A+  A-

Milli Məclisin deputatı Aydın Mirzəzadənin ötən gün paylaşdığı status sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Deputat nəvəsini Səbail rayonunda yerləşən parklardan birinə aparıb. Orada uşaq attraksionunda pilləkənin sol tutacağının laxladığını gördüyünü və bu problemin aradan qaldırılması üçün Səbail rayon icra başçısının humanitar məsələlər üzrə müavini Kəmalə xanıma zəng etdiyini bildirib. O, daha sonra sözügedən statusunu silib. Sosial şəbəkə istifadəçiləri deputatın daha önəmli işlər görməli olduğunu bildirərək onu tənqid ediblər.

"Mən səhifəmdə gördüyüm bütün işlərlə bağlı paylaşım edirəm. Həm gördüyüm böyük işlər, görüşlər və o cümlədən bu cür statuslar da yazıram. Təəssüf edirəm ki, bəzi insanlar böyük işlərə qiymət vermirlər, amma xırda bir məsələni şişirdirlər. Məgər, deputat haradasa xırda bir qüsurun olduğunu görəndə göz yumub getməlidir? Mən nəvəmlə həmin attraksionda olanda orada 10 nəfər valideyn var idi, amma onların heç biri həmin pilləkənin tutacağının laxladığına əhəmiyyət vermədilər. Hansı ki, onlar müvafiq qurumlara müraciət edə, və yaxud sosial şəbəkədə bu barədə yaza bilərdilər. Nəyə görə belə ictimai biganəlik var?

Deputat üçün böyük və kiçik məsələ yoxdur. Mən həmin statusu məqsədli şəkildə paylaşdım ki, vətəndaşlar hər şeyə göz yumub keçməsinlər. Hər şeyin bizə aidiyyatı var. Həmin statusa mütləq əksəriyyət müsbət reaksiya verdi. Bir qisim isə bəyənmədi. Bu, onların işidir. Mən əminəm ki, həmin şəxslər haradasa bir qüsur görəndə gözlərini yumub keçirlər. Bədbəxtliyimiz də, həmin insanların olmasındadır.

Nədənsə, insanlar hesab edirlər ki, sosial şəbəkə rəsmi səhifədir. Əslində, belə deyil. Bu, şəxsi səhifədir. Nəyisə paylaşıram, nəyisə silirəm, bu, mənim şəxsi işimdir. Əgər, buna görə kimdənsə icazə almalıyamsa, bundan sonra belə edərəm. Sadəcə, həmin insanlar ünvanlarını və telefon nömrələrini versinlər ki, paylaşmazdan öncə onlardan icazə istəyim", - deyə o bildirib./"Unikal"



Xəbər 3094 dəfə oxunub.




01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +