Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev


13.04.2017  13:18 

Magistraturaya sənəd verənlər niyə azaldı? – DİM-dən AÇIQLAMA





A+  A-

Bu il imtahanların ödənişli olması magistraturaya sənəd verənlərin sayının azalmasına səbəb olub.
Dövlət İmtahan Mərkəzindən (DİM) XəzərNews.az-a verilən məlumata görə, bu il ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri 2016-cı ildə keçirilən analoji imtahanla müqayisə edilərkən məlum olur ki, bu il imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı ötən ilə nisbətən az olub.

Belə ki, ötən il 24110, bu il isə 13081 bakalavr ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim edib: “Şübhəsiz, imtahanların ödənişli olması ərizə verənlərin sayının azalmasına səbəb olan amillərdən biridir. Lakin eyni zamanda əvvəllər imtahanda iştirak üçün tələb olunan məbləğ 2 manat olduğundan namizədlərin müəyyən hissəsi hazırlıqlı olmasa belə, qeydiyyatdan keçirdi və ya qeydiyyatdan keçib imtahana gəlmirdi. Ötən il magistraturaya qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlardan 1695 nəfəri imtahana gəlməmişdi. Bu il isə cəmi 109 nəfər imtahana gəlməyib. Göründüyü kimi, bu il qeydiyyatdan keçənlər daha məsuliyyətli davranıblar və imtahana gəlməyənlərin sayı ötən illə müqayisədə dəfələrlə azalıb”.

Mərkəzdən bildirilib ki, bu il daha bilikli, öz potensialına güvənən, magistratura səviyyəsində təhsilini davam etdirmək üçün aydın məqsədi və istəyi olan namizədlərin ərizə qəbulunda iştirakı gözlənilirdi və imtahan nəticələri də gözləntilərin doğrulduğunu sübut edir.

Belə ki, 2016-cı və 2017-ci illərdəki imtahan nəticələri müqayisəli təhlil edildikdə aydın olur ki, bu il imtahanda iştirak edən bakalavrların (12972 nəfər) ümumi bilik səviyyəsi daha yüksək olub (ötən il 22409 bakalavr imtahanda iştirak edib).

Bal intervalları üzrə nəticələrin təhlili göstərir ki, ötən il imtahan iştirakçılarının 25.77 faizi (5774 nəfər) 51 və daha yuxarı bal topladığı halda, bu il həmin göstərici 57.99 faizə (7522 nəfər) bərabər olub. Həmçinin, bu il 41 və daha yuxarı bal toplayanların faizi 81.64 olub (10590 nəfər). Ötən il isə müvafiq göstərici 50.44 faiz idi (11303 nəfər). Bu il ümumilikdə 2382 nəfər (18.36 faiz) 40 və daha aşağı bal toplayıb. Ötən il isə bu göstərici 11106 nəfər (49.56 faiz) idi. Buradan bir daha aydın olur ki, bu il imtahanda daha hazırlıqlı bakalavrlar iştirak ediblər və onların ümumi nəticələri daha yüksəkdir.
Xatırladaq ki, imtahanın birinci mərhələsində bakalavrlara məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunur. Hər bir blok üzrə son 5 sual açıq formalı test tapşırıqlarından ibarətdir. İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Bakalavrların hər düzgün cavabı bir balla qiymətləndirilir.

Magistraturaya qəbul imtahanının II mərhələsi isə iyunun 4-də keçiriləcək və bakalavrların ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

Xəbər 2865 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +