Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev


21.08.2025  11:07 

“Necə olur ki, tibb bacısı ixtisasının ödənişi 5 min manatdır?”





A+  A-

"Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqlarının fantastik səviyyədə yüksəldilməsi ağlasığmazdır. Necə olur ki, tibb bacısı ixtisasının ödənişi 5 min manatdır?"

XəzərNews.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a təhsil eksperti Etibar Əliyev deyib.

O vurğulayıb ki, Azərbaycan təhsil sistemi ölkə müstəqillik qazandıqdan indiyə qədər irəliləyişlər əldə edilməyib:

“Heç bir ölkənin ali təhsil sistemi ayrıca ada kimi fəaliyyət göstərmir. Təcrübələr öyrənilir, professor-müəllim mübadiləsi həyata keçirilir. Yəni ali təhsil ölkədə insan kapitalına məsuldur.

Özəl ali təhsil müəssisələri yarananda güman edirdik ki, bu sahədə dövlət universitetləri ilə rəqabət olacaq. Bu baş vermədi. Yəni özəl universitetlər özəl mülkiyyət kimi idarə olundu.

Doğrudur, onları ayrı-ayrı fərdlər açır, amma dövlət ali məktəblərində, xüsusən, köhnə universitetlərdə inkişaf meyilləri demək olar ki, hiss olunmur. Təhsil haqlarına gəlincə, bütün dünyada çalışırlar ki, təhsili pulsuz olsun. Yetərincə nümunə var. Hətta elə ölkələr var ki, təhsil haqları çox yüksəkdir, amma onu universitet, xeyriyyə fondları ödəyir. Söhbət istedadın itməsindən, yoxa çıxmasından gedir”.

Etibar Əliyev qeyd edib ki, Azərbaycan Tibb Universitetində təhsil haqlarının fantastik səviyyəyə çatdırılması ağlasığmazdır:

“Necə olur ki, tibb bacısı ixtisasının ödənişi 5 min manatdır? Dövlət sifarişi ilə təhsilin qiyməti ödənişli təhsilin qiymətindən bahadır - 9 min manat. Yəni dövlət 1 tələbəyə 9 min manat ödəyir. Ödənişli əsaslarla təhsil alan şəxs isə 6 min 500 manat ödəyir. Yəni dövlətdən 2500 manat daha çox vəsait qoparırlar.

Heç bir keyfiyyət dəyişikliyi olmadığı halda, ödənişlər niyə artırılmalıdır? Bunu klinikalara, xəstəxanalara gedən hər kəs görür. Vəsait çox böyükdür, bunun müqabilində mütəxəssis hazırlığı zəif!

Digər ali məktəblərdə də təhsil haqlarını qaldırıblar, amma bu addım ixtisas seçimi ərəfəsində olmamalı idi. Bu əsaslandırılmalıdır: Universitetin güzəşti varmı? Yataqxana şəraiti, tələbələrin qidalanması necədir? Bunlar hamısı izah olunmalıdır.

20 ildir ki, bütün elm sahələri üzrə alim yetişdirməkdə problemlər var. Bunu hamı bilir. Əksər dissertasiyalar başqalar plagiatdır. Belə “alim” adı alanlar, tədris prosesini necə keyfiyyətli həyata keçirə bilərlər?!”

Xatırladaq ki, yeni tədris ili üçün Azərbaycan Tibb Universitetində “Tibb” ixtisasının illik təhsilhaqqı artırılıb. Nazirlər Kabinetinin qərarına əsasən, “Tibb” ixtisası üçün 6500 manat, “Stomatologiya” ixtisası üçün 6000 manat, “Əczaçılıq”, “Fizioterapiya”, “İctimai səhiyyə” və “Tibb bacısı” ixtisasları üçün isə 5000 manat olaraq dəyişdirilib.

Xəbər 1003 dəfə oxunub.




01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +