Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır
Daha bir YAP-çı deputatın paylaşımı qalmaqal yaradıb
Xaricidə işə düzəltmək adı ilə dələduzluq...
İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
ABŞ kəşfiyyatı: Putin müharibəni dayandırmaq...
Pulu büdcədən 5 dəfə çox olan mer həbs olundu
Polşa Rusiya təyyarəsini havada ələ keçirdi
Toydan 1 gün sonra ölən gəlin 7 aylıq hamilə imiş
Babi Yar qətliamı... - Görün dünyada nələr olub?


07.08.2025  15:28 

Tovuzda 54 ədəd saxta araq aşkar edilib





A+  A-

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Tovuz rayonu, Öysüzlü kəndində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Anar Süleyman oğluna məxsus ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib.

XəzərNews.az xəbər verir ki, baxış zamanı qida obyektində 24 müxtəlif əmtəə nişanlı, ümumi miqdarı 43.4 litr olmaqla 54 ədəd saxtalaşdırılmış araq məhsulu aşkar edilərək satışdan kənarlaşdırılıb.

Məhsulların müşayiətedici sənədlərinin (e-qaimə, faktura və s.) mövcud olmadığı, etiket məlumatlarının yanlış qeyd edildiyi (istehsalçı adı və vöen) müəyyən olunub.

Faktla bağlı ictimai iaşə müəssisəsinin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, məhsullardan nümunə götürələrək müayinələrin aparılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Xəbər 1782 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +