Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı
Bakıda polisə kəsici alətlə müqavimət... - Şübhəli saxlanıldı
Əliyev və Paşinyan sülhə doğru irəliləyişi müzakirə ediblər
Azərbaycanlı qız Nyu-Yorkda faciəvi şəkildə öldü


11.04.2022  17:14 

Güləşdəki ənənələrimiz yaşayır...





A+  A-

Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır.

Azərbaycan gəncləri, idmançılarımız ölkənin gündən-günə ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar. Aparılan möhtəşəm tədbirlər öz bəhrələrini verməkdədir.

Bu günlərdə biz Azərbaycan güləşçilərinin Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında parlaq qələbəsinin şahidi olduq. Bu münasibətlə idmançılarımızı ürəkdən təbrik edirik.

Prezident İlham Əliyev Budapeşt yarışlarında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib və bu tədbirdə geniş məzmunlu çıxış edib.

Prezident öz çıxışında ədalətli mübarizə qaydalarına toxunub və Azərbaycan idmançılarının həmişə bu qaydalara əməl etdiyini deyib. O, bildirb ki, Azərbaycan təkcə idman meydançalarında deyil, müharibə meydanında da qaydalarla döyüş aparır.

Azərbaycan əsgəri düşmənə döyüş meydanında cavab vermişdir. Ədalət, eyni zamanda, mərhəmət, məğlub edilmiş tərəfə müəyyən dərəcədə mərhəmət hisslərinin göstərilməsi də xalqımıza xas olan xüsusiyyətlərdən biridir. İkinci Qarabağ müharibəsi zamanı mənfur düşmən döyüş meydanında məğlub olarkən, qaçarkən, 10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdı. Erməni ordusu dinc insanlara qarşı terror əməllərinə əl atmışdır. Bizim şəhərlərimiz, dinc şəhərlərimiz gecə vaxtı ballistik raketlərlə atəşə tutuldu, 100-dən çox dinc insan, onların arasında uşaq, qadın, yaşlı insan bu namərd atəş nəticəsində həlak oldu.

Lakin Prezidentin göstərdiyi kimi, hansı sahədə olursa olsun, qələbədən daha vacib ləyaqətdir. Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik. Hətta rəqib cığallıq edəndə, nalayiq hərəkət edəndə bizim idmançılarımız öz gücü ilə qaydalar çərçivəsində rəqibi yerinə oturda bilmişdilər.

Dövlət başçısının qeyd etdiyi kimi, idmançılarımız gələcəkdə də bizi sevindirməlidirlər, böyüklər arasındakı yarışlarda çıxış edərkən bu uğurları təkrar etməlidirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq bir daha demək istəyirəm ki, böyük nailiyyətimizdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Böyüklər arasında biz öz gücümüzü hər dəfə təsdiqləyirik, həm ölkəmizin idman şöhrəti və həm də ölkəmizin nüfuzu artır.

Elçin Hüseynov,
Cəlilabad Gİİ-nin rəisi


Xəbər 9262 dəfə oxunub.



10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +