Məşhur dirijor xəstəxanaya yerləşdirilib -FOTO
Putindən əmr: Əməliyyatlar...
Cəlaloğlu bacısı oğlunun saxlanılmasından danışdı
Azyaşlıya zorakılıq edən dayə işdən çıxarıldı - RƏSMİ/YENİLƏNİB
Adnanın yaxtası Barselona sahillərində oyun çıxarır - FOTO
Baş nazir qərar imzaladı
Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır
Slavyansk atəş altında: Üç ölü var
Eldar Əzizovdan Fəqan Məlikova xəbərdarlıq
Müharibədə daha bir azərbaycanlı həlak oldu


15.02.2019  17:28 

Sahibkarların işi asanlaşır, prosedurlar 2-yə endirildi





A+  A-

Sahibkarlıq obyektlərinin elektrik qoşulma müddəti 20 günə endirilib.
XəzərNews.az xəbər verir ki, Azərişıq ASC mətbuat nümayəndələrinin iştirakı ilə 1 saylı “ASAN Kommunala” mediatur təşkil edib.

Azərişıq ASC-nin Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli bildirib ki, Prezident İlham Əliyev tərəfindən ötən il dekabrın 25-də “Sahibkarlara mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmana edilən dəyişiklikliklərdən sonra prosedurların sayı 2-yə, elektrik şəbəkəsinə qoşulma müddəti isə 20 günə endirilib.

Elsevər Rüstəmlinin sözlərinə görə indi tələbatı 150 kilavata qədər olan obyektini elektrik şəbəkəsinə qoşdurmaq istəyən sahibkarın KOB evləri, “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərinə yaxınlaşması kifayətdir.

“Mərkəzə yaxınlaşan kimi sahibkar sənədlərini təqdim edir və kVt-a uyğun olaraq ödənişini edib gedir. Dərhal elektron xəritə üzərindən obyektin yeri, ona ən yaxın məsafədə yerləşən güc mərkəzi təyin olunur və xəritədən çıxarış ASAN-portala yerləşdirir. Mərkəzin digər otağında qərarlaşan müvafiq qurumların nümayəndələrindən ibarət Texniki Şura üzvləri 10 gün müddətində xəttin trassasını, adiyyəti qurumlarla razılaşdırılmaları, texniki şərti və layihə sənədlərinin hazırlanmasını təşkil edir.

Növbəti 10 gün müddətində isə Enerji Təchizat Müəssisəsi elektrik quraşdırma işlərini həyata keçirir, sayğac qoyulur, Texniki Şərt, Layihə, akt, müqavilə paketi ikinci prosedur olaraq sahibkara təqdim olunur. Beləliklə, birinci dəfə ASAN Xidmətə gələn sahibkarla, ikinci dəfə onun obyektində təmas qurulur. Bununla da sahibkarla iki təmas olmaqla cəmi 20 gün müddətinə onun obyektinə işıq verilir”.

Xəbər 3057 dəfə oxunub.




30.10.2025  18:56 

Putindən əmr: Əməliyyatlar...

30.10.2025  17:49 

Baş nazir qərar imzaladı

30.10.2025  13:20 

“Saray Plaza”da ölüm

30.10.2025  11:05 

Baş həkim təyin edildi


BÜTÜN XƏBƏRLƏR +