Məşhur dirijor xəstəxanaya yerləşdirilib -FOTO
Putindən əmr: Əməliyyatlar...
Cəlaloğlu bacısı oğlunun saxlanılmasından danışdı
Azyaşlıya zorakılıq edən dayə işdən çıxarıldı - RƏSMİ/YENİLƏNİB
Adnanın yaxtası Barselona sahillərində oyun çıxarır - FOTO
Baş nazir qərar imzaladı
Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır
Slavyansk atəş altında: Üç ölü var
Eldar Əzizovdan Fəqan Məlikova xəbərdarlıq
Müharibədə daha bir azərbaycanlı həlak oldu


26.09.2017  15:36 

“Qarabağ münaqişəsinin həllinin uzanması ATƏT regionunu təhdid edir”





A+  A-

“Azərbaycan ATƏT və onun bütün qurumları ilə, eləcə də Parlament Assambleyası ilə əməkdaşlığa böyük önəm verir. Azərbaycan nümayəndə heyəti bütün səviyyələrdə bu təşkilatın işində yaxından iştirak etməklə ona böyük töhfələr verir”.
XəzərNews.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Vitse-spiker bildirib ki, ATƏT-ə üzv ölkələrin parlament nümayəndələri ilə neçə illər ərzindəki fəaliyyəti nəticəsində Azərbaycan ATƏT regionunda üzləşdiyi problemləri, çətinlikləri aradan qaldırmaq istiqamətində çox ciddi əməkdaşlıq təcrübəsinə malikdir.
“Həmçinin, əldə etdiyimiz nailiyyətləri bölüşərək ATƏT regionunda inkişafı təmin etmək üçün çox yaxşı işlər görə bilirik. Parlament Assambleyasının, onun sədrinin müxtəlif məsələlər üzrə xüsusi nümayəndələri vasitəsilə ATƏT-in regiondakı problemlərin həllinə çalışması təqdirəlayiqdir və bu xüsusi nümayəndələr içərisində Cənubi Qafqaz üzrə nümayəndənin təyin edilməsi, onun fəaliyyətinə önəm verilməsi çox yaxşı haldır”.

Bahar Muradova deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması bütövlükdə ATƏT regionunu təhdid edir.
“Ona görə də bütün ölçülər üzrə imkanı və mandatı olan şəxslər problemin həllinə ciddi töhfələr verməlidirlər. Yaxşı haldır ki, ATƏT PA-nın xüsusi nümayəndəsi ilə Minsk qrupunun həmsədrləri öz fəaliyyətləri haqqında bir-birilərini məlumatlandırmaq qərarını veriblər. Siz Minsk qrupu həmsədrlərinin ATƏT PA çərçivəsində müzakirələrə qatılmaq məsələsini qaldırmısınız. Düşünürəm ki, hazırkı səfərdən sonra bəlkə də bu cəhdi reallaşdırmaq qarşıdakı görüşlərdə mümkün olsun. Siz artıq dünəndən bəri Bakıda müxtəlif görüşlər keçirmisiniz. Bakıətrafı yerlərdə qaçqın və məcburi köçkünlərlə görüşmüsünüz. Bu səfəriniz kifayət qədər faydalı və maraqlı səfərdir”.

Xəbər 2751 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.10.2025  18:56 

Putindən əmr: Əməliyyatlar...

30.10.2025  17:49 

Baş nazir qərar imzaladı

30.10.2025  13:20 

“Saray Plaza”da ölüm

30.10.2025  11:05 

Baş həkim təyin edildi


BÜTÜN XƏBƏRLƏR +