Bank sektorunda yüksəliş: 56 milyardı keçdi...
Bu ölkələr dost olmalıdır -Szinpin
Baş həkim təyin edildi
Ramiz Mehdiyevə məxsus bu müəssisə çökdü - FOTO
ABŞ-də iki azərbaycanlıya 25 il həbs cəzası
Rusiya Rövşən Əsgərovu cərimələyib -FOTO
Ermənistan Azərbaycanın təsiri altında qala bilər -Ambartsumyan
Ramiz Mehdiyev fəxri adlardan məhrum edilib -FOTO
Toy kortejində atəş açanlar azərbaycanlılar olub: Saxlanıldılar
Mehdiyevin nəvəsi 630 minlik maşınla gəzir


27.10.2025  13:48 

Orxan Mürsəlovun sabiq müavininin həbsi tələb edildi





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyeva və tanışı Təranə Bağırovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

XəzərNews.az "Unikal"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə prokuror Vəfa Allahverdiyevanın 7 il 6 ay, Təranə Bağırovanın isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Növbəti prosesi oktyabrın 31-nə təyin edilib.

Qeyd edək ki, cinayət işi üzrə zərərçəkən kimi Gədəbəy rayon sakini Cavanşir Məmmədəliyev tanınır. İttihama görə, təqsirləndirilən şəxslər Cavanşir Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin ediləcəyi ilə aldadaraq 51 min manat pulunu alıblar. Təranə Bağırova bir müddət əvvəl başqa dələduzluq əməlinə görə məhkum edilib. Eks-müavin isə həbsdə deyil. İstintaq dövründə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Gədəbəyin icra başçısı Orxan Mürsəlovdur.

Xəbər 2516 dəfə oxunub.



30.10.2025  11:05 

Baş həkim təyin edildi

30.10.2025  09:54 

Faktiki hava açıqlandı

29.10.2025  17:20 

Azərbaycanda zəlzələ


BÜTÜN XƏBƏRLƏR +