Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq
İcra başçılarının milyonlar köçürdüyü şirkət kimindir?
Şəfəq Novruz bu paylaşımı ilə diqqət çəkib
TDT media və informasiya üzrə işçi qrupunun iclası keçirilib
Gələn il pensiyalar nə qədər artacaq?
Finlandiya sərhəddə tikdiyi hasarı tamamlayır


04.12.2020  12:03 

Azərbaycan şəhidlərini andı...





A+  A-

Canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub.
XəzərNews.az xəbər verir ki, insanlar şəhidlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən, gəmilərdən səs siqnalları verilib.

Anım gününün ikonası Şuşanın rəmzi sayılan “Xarı Bülbül”dür.

Qeyd edək ki, sükut dəqiqəsi Prezident İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncamı ilə elan olunub.

Bu gün Azərbaycanın bütün şəhər və rayonlarındakı məscidlərdə, kilsə və sinaqoqlarda Vətən müharibəsi şəhidlərinin anma mərasimləri keçiriləcək.

Xatırladaq ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu həlak olub. Hərbi əməliyyatlar zamanı yaralanmış 1245 əsgər və zabitin tibb müəssisələrində müalicəsi davam etdirilir.

Allah şəhidlərimizə rəhmət eləsin, bütün yaralılara şəfa versin.

Xəbər 5044 dəfə oxunub.




27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +