Prezident Şəhidlər xiyabanında
Baş prokuror estetik cərrahlardan DANIŞDI
Tramp ABŞ tarixində ən böyük deportasiyanı təsdiqlədi
“Söküntü işləri Baş plan əsasında reallaşdırılır“
Diqqət: Sürücülük vəsiqəniz etibarsız sayılacaq
Vətəndaşlar banklardan nədən şikayətçidir?
"Bir ildir maaşımı kəsiblər..." - VİDEO
Azərbaycanda 200 manat kimlərə veriləcək?
Səfirlər Şəhidlər xiyabanını ziyarət etdi
Tanınmış aktyor vəfat etdi


17.01.2025  15:28 

Kabinetlərdə diş çəkilməsi qadağan olunub?





A+  A-

Artıq Azərbaycanda stomatoloji kabinetlərdə, kiçik stomotoloji klinikalarda diş çəkilməsi, implant kimi tibbi prosedurlara icazə verilməməsi ilə bağlı iddialar yayılıb.

XəzərNews.az “Qafqazinfo” ya istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşımlar edilir. İddia olunur ki, həmin klinikalarda bundan sonra diş çəkilməsi və implant etdirmək mümkün olmayacaq. Sadalananların yalnız cərrahiyyə otağı və reanimasiya imkanları olan tibb ocaqlarında edilə biləcəyi bildirilir. Həmçinin kabinetlərdə kütləvi şəkildə diş çəkən və implant edən həkimlərin cərimələndiyi də deyilir.

Bu iddialara aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “stomatoloji” iş üzrə tibbi xidmətin göstərilməsi sanitariya-gigiyena tələblərinə riayət olunmaqla tibbin bir sahəsi olaraq, tibbi praktiki fəaliyyət zamanı diş problemləri, onların müayinə, müalicə, korreksiya və profilaktikasına yönəlmiş, ağız boşluğundakı dişlərə müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları (bir sıra əməliyyatları) nəzərdə tutur.

“Özəl tibb fəaliyyəti haqqında” Qanuna uyğun olaraq, qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin, ali tibb təhsili olan (ixtisasca həkim-stomatoloq) şəxslər tərəfindən hüquqi şəxs yaratmadan fiziki şəxs olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər. Stomatoloji ixtisas üzrə terapevtik stomatoloji, ortopedik stomatoloji, ortodontik stomatoloji, cərrahi stomatoloji və diş texniki üzrə lisenziya tələb olunduğundan, uyğun işlər üzrə tibbi praktiki fəaliyyət dövlət sertifikasiya şəhadətnaməsi və lisenziya əsasında həyata keçirilə bilər. Cərrahi stomatoloji iş üzrə lisenziya icazəsi olmayan şəxslər dişlərin çəkilməsi, ağız boşluğuna uyğun implantların yeridilməsi kimi əməliyyatları icra edə bilməz”, - açıqlamada qeyd olunub.

Mərkəzdən, həmçinin bildirilib ki, yalnız vətəndaş şikayətləri və yerli dövlət orqanları tərəfindən daxil olan müraciətlər əsasında aidiyyəti özəl tibb müəssisələrində qanunvericiliklə müəyyən olunmuş qaydada xidməti yoxlamalar keçirilir:

“Keçirilən yoxlamalar zamanı sahibkar subyektlərində aşkar edilən qanunsuz tibbi praktiki fəaliyyətlə məşğul olma faktı inzibati xəta məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunur. Aidiyyəti üzrə məsələdə lisenziya tələblərinə dair qaydalarda ciddi dəyişiklər olmayıb. Belə ki, cərrahi stomatoloji iş üzrə lisenziya icazəsi olmayan şəxslər (hüquqi və fiziki şəxslər) dişlərin çəkilməsi, ağız boşluğuna uyğun implantların yeridilməsi kimi əməliyyatları icra etməsi mümkün deyil. Əks halda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati qaydada məsuliyyətə cəlb oluna bilərlər”.

AEM-dən eyni zamanda qeyd edilib ki, sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı müəyyən məhdudiyyətlər olsa da, konkret faktlara əsaslanan rəsmi müraciətlər, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda xidməti yoxlamaların keçirilməsi, uyğun olaraq da nəzarət tədbirlərinin həyata keçirilməsi sahibkar subyektlərinin məsuliyyətinin daha da artması və əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün əsasdır. Vətəndaşlar AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının “Müraciət” bölməsi vasitəsilə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir.

Xəbər 1764 dəfə oxunub.




20.01.2025  12:04 

Prezident Şəhidlər xiyabanında

20.01.2025  10:04 

Tanınmış aktyor vəfat etdi

20.01.2025  10:01 

Davos Forum öz işinə başlayır

20.01.2025  09:57 

Xəzərdə zəlzələ oldu

20.01.2025  09:53 

Трамп против лгбт

19.01.2025  19:51 

Tanınmış həkim vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +