Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


09.12.2023  21:00 

Dəbdəbəli süfrələr açmaq ənənəsi, israfçılıq İslamda yoxdur -Mübariz Qurbanlı





A+  A-

“Dövlətin yas və toy mərasimlərində yol verilən israfçılığı tənzimləməsi üçün ayrıca bir qanun qəbul etməsi nəzərdə tutulmur. Hesab edirəm ki, bütün bu məsələləri cəmiyyət özü həll etməlidir. Adətlər qanunlarla tənzimlənmir, onları zaman tənzimləyir. Zaman özü bütün adətlərə öz düzəlişlərini edir”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri qeyd edib ki, heç kim hansısa adət-ənənəni yerinə yetirib yetirməməyə görə vətəndaşa cəza müəyyənləşdirməyib.

“Mən əminəm ki, insanlar yas mərasimlərində yemək süfrələri qurmağın İslamdan qaynaqlanmadığını başa düşdükcə bu adətdən də uzaqlaşacaqlar. Çünki dəbdəbəli süfrələr açmaq ənənəsi, israfçılıq İslamda yoxdur. Dinimizə görə, hətta bu, günah hesab olunur.

İslamda ehsan gözəl əməl, xeyirxah iş mənasına gəlir. Yemək süfrəsi açmaqla gözəl əməl, xeyirxah iş görmək istəyənlər bunu ehtiyacı olan insanlar üçün etməlidir. Yol çəkmək, bulaq tikmək, kimsəsizə əl tutmaq, ac insanları doydurmaq - əsl ehsan bunlardır. Bu cür xeyirxah əməllər görmək həm vəfat etmiş insanın ruhunu şad edər, həm də insanlara faydalı olar.

Odur ki, bu sahədə maarifləndirmə işi bir an belə dayanmamalıdır. İnsanlara izah edilməlidir ki, şəriət baxımından da doğru olan ehsan anlayışına məhz bu cür yanaşmaqdır”, - deyə Komitə sədri əlavə edib.

Xəbər 4587 dəfə oxunub.




23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +