Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


08.05.2022  15:24 

Mübariz Mənsimovu nə deyib qınamaq olar?





A+  A-

Mübariz Mənsimov həbsdə olanda günahsızlığı ilə bağlı İlham Əliyevə, səhv etmirəmsə, müraciət etmişdi və hər kəs onun bu müraciətinə normal yanaşdı, təbii qarşıladı. Ancaq, məsələn, sabah bir ictimai fəal həbs olunsa və həbsxanadan prezidentə əfv müraciəti etsə, insanlar onu linç edər.

Niyə?

Çünki o ictimai fəalı xalq yaradıb, Mübariz Mənsimov isə özü özünü yaradıb. Xalq öz yaratdığını özü də yeyib-bitirən bir məfhumdur. Mübariz bəy özü-özünü yaratmasına baxmayaraq, həmişə özünü xalqa borclu bilən adamlardan olub və hər zaman xalqına, onun övladlarına, qazilərinə, xaricdə təhsil alan tələbələrinə diqqət, qayğı göstərib, şəhidlərimizin xatirəsini əbədiləşdirib.

O, bunları etməyə də bilər. Çünki özünün dediyi kimi, Azərbaycanda bir qəpik də pul qazanmayıb, ancaq Azərbaycan övladlarına, yenə deyirəm, həmişə qayğı göstərib, kömək eləyib. Mübariz bəyi xalq yox, məhz özü-özünü yaradıb deyə, o həbsdə olduğu müddətdə trollar nə qədər çalışsa da, Mübariz Mənsimova olan sevgidən, rəğbətdən bir çimdik də azalda bilmədi.

Korrupsioner məmurları qınayırıq ki, xalqın pulunu oğurlayıb, yeyiblər. Maraqlıdır, Mübariz Mənsimovu nə deyib qınamaq olar? O bizim cibimizə giribmi? Yox. Bizim övladlarımızın “uşaqpulu”na göz dikibmi? Yox.

Mübariz Mənsimovun təxminən iki saatdan ibarət müsahibəsinə baxdım. Onun bir iş adamı kimi mərhum prezident Heydər Əliyevə, hazırkı prezident İlham Əliyevə rəğbətinə tamamilə normal və təbii baxmaq lazımdır. Eyni zamanda mərhum prezidentimiz və mənim daha çox ideoloq kimi gördüyüm Əbülfəz Elçibəyə siyasi cəhətdən təcrübəsiz demək istəyərkən, yanlış ifadə seçməsinə də məncə, aqressiya ilə yanaşmaq lazım deyil. Çünki Mübariz Mənsimov Elçibəy sevgisini öz əməlləri ilə sübut etmiş adamdır.

Yadıma gəlir, dünya şöhrətli alim Lütfi Zadə də Heydər Əliyevə və oğlu İlham Əliyevə dövlət adamı kimi böyük hörmət və rəğbətini bildirmişdi. Onda da bir çoxları Zadənin üstünə cummuşdu ki, niyə belə deyir?

Biz cəmiyyət olaraq bütün bu illər ərzində özümüzə normal bir seçki sistemi yarada bilməmişiksə, yaxud haqqımızı, hüquqlarımızı tələb edə bilmiriksə, ədalətsiz bir siyasi sistemlə mübarizə apara bilmiriksə, aqressiyamızı uğurlu iş adamlarının, alimlərin üzərinəmi yönəltməliyik?

Kəramət Böyükçöl
Yazıçı


Xəbər 9035 dəfə oxunub.




23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +