Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


10.05.2018  12:05 

“Azərkitab”ın 1 yaşı oldu – Fotolar





A+  A-

Azərbaycanda ən böyük kitab mərkəzi olan “Azərkitab” Kitab Təbliğatı Mərkəzi özünün bir yaşını qeyd edib.
XəzərNews.az xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin doğum günündə, onun şərəfinə yaradılmış bu kitab müəssisəsi elə Ulu öndərin anadan olmasının 95-ci ildönümündə də özünün bir yaşını qeyd etdi.

Yasamal rayonu füsunkar guşəsində yerləşən Mərkəzin bayram mərasiminin açılışına ona yaxın millət vəkili, nazirlik və digər dövlət orqanlarının rəhbərləri, tanınmış yazıçılar və elm adamları toplanıb.

Açılış mərasimində ilk çıxış edən “Azərkitab” Kitab Təbliği Mərkəzinin layihə rəhbəri Sabir Həsənov bu möhtəşəm layihənin ideya müəllifi olduğu üçün fəxr etdiyini bildirdi: “Ulu öndər deyirdi ki, hər bir elmin sirlərinə məhz kitabla, mütaliə yolu ilə yiyələnmək olar. “Azərkitab”ın məhz 10 may tarixində fəaliyyətə başlaması təsadüfi deyil. Ümummilli lider Heydər Əliyev doğum günü ilə eyni vaxtda fəaliyyətə başlamaq bizim üçün şərəf, həm də böyük məsuliyyət idi. Hər dəfə “Azərkitab”ın qapılarından içəri daxil olanda Ulu öndərin bu sözləri daima yadıma düşür: - “kitab ictimai sərvətdir”. Onu təbliğ etmək gənclərin başlıca vəzifəsi olmalıdır. “Biz neft kapitalını insan kapitalına çevirməliyik” sözünü söyləyən prezident İlham Əliyevin siyasətini yerinə yetirmək üçün var qüvvəmizlə çalışırıq”.

Millət vəkilləri Əflatun Amaşov, Aqil Abbas, Hadı Rəcəbli, Jalə Əliyeva, ziyalılardan Sabir Rüstəmxanlı, Yasamal rayonu İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və digər çıxış edən natiqlər “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin inkişaf etmiş ölkələr səviyyədə qurulmasından, itməkdə olan kitaba marağın bərpasında bu Mərkəzin önəmli rolundan danışdılar: “Ulu öndər hər zaman çalışırdı ki, ölkəmiz təkcə kənd təsərrüfatı, sənaye respublikası kimi tanınmasın. Elmin-tərəqqinin inkişafı, möhtəşəm ixtiraların mənbəyi olan əlahəzrət KİTAB ölkəmizdə sevilməlidir. İnsanların mütaliə həvəsi artmalıdır. Bunun üçün də inkişaf etmiş ölkələrdə olduğu kimi bizdə də kitab evlərinin olması vacibdir. Ulu öndərin ideya və tövsiyələrini ləyaqətlə yerinə yetirdiyinə görə “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin layihə rəhbəri Sabir Həsənova və onun kollektivinə minnətdarlığımızı bildiririk.

“Azərkitab” Kitab Təbliğatı Mərkəzinin direktoru Misirxan Həsənov çıxış edərək ölkənin tanınmış ziyalılarının onların əməyinə verdiyi müsbət qiymətə görə minnətdarlığını bildirdi. M. Həsənov bundan sonra da yüksək əzmlə çalışacaqlarını, dövlətin onlara göstərdiyi etimadı doğruldacağına söz verdi.

Tədbir tanınmış incəsənət ustalarının rəngarəng çıxışları ilə davam etdi.

Qeyd edək ki, “Azərkitab”ın yubileyi münasibəti ilə təşkil olunmuş kitab festivalında ölkənin 20-yə yaxın nəşriyyatı və kitab müəssisəsi iştirak edərək yeni kitablarını oxuculara təqdim edirdilər.





Xəbər 1766 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +